Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(5-86)-3/2026 02.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Tələbkar alimentin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-161/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 17 mart 2009-cu il təvəllüdlü X4 və 08 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qət edilmiş hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat məbləğində alimentin icra icraatı qaydasında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 2(089)-136/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən 17 mart 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X7 onun yanında saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər bir uşaq üçün 100 manat olmaqla, iki uşağa cəmi birlikdə 200 manat miqdarında alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Daha sonra Culfa Rayon Məhkəməsinin 2(089)-161/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan övladları- 17 mart 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşağa cəmi birlikdə 260 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona ödənilməsi qət olunmuşdur. Artıq həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, uşaqları böyümüş, onların saxlanması üçün xərcləri də xeyli artmışdır. Borclu ödədiyi 260 manat miqdarinda aliment övladlarının heç bir təminatını ödəmir. Maddi imkanı aşağıdır. Uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyi üçün alimentin yeni qaydalara uyğun olaraq indeksasiya olunması məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və borclu məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 463508, 463507 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, 17 mart 2009-cu il tarixdə X6 və 08 oktyabr 2013-cü il tarixdə X7 doğulmuş, uşaqların atası Borclu, anası Tələbkardır. Culfa Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(089)-161/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 17 mart 2009-cu il tarixdə doğulmuş X6 və 08 oktyabr 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat sabit pul məbləğində alimentin Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və Culfa Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(089)-161/2022 nömrəli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdə doğulmuş X6 və 08 oktyabr 2013-cü il tarixdə doğulmuş X2 üçün qət edilmiş sabit məbləğdə bir uşaq üçün 130 manat miqdarında aliment icra icraatı qaydasında 2022-ci il üzrə minimum əmək haqqına uyğun indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyasına baxılmasını tənzimləyir. Həmin Məcəllənin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, 2022-ci il tarixdə minimum əmək haqqı 300 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.43 mislini təşkil edir (130:300=0.43). Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Culfa Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(089)-161/2022 saylı qətnaməsi ilə 17 mart 2009-cu il tarixdə doğulmuş X6 və 08 oktyabr 2013-cü il tarixdə doğulmuş X2 üçün Borclu hər ay bir uşaq üçün tutulan sabit məbləğdə 130 manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.43 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Culfa Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(089)-161/2022 nömrəli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdə doğulmuş X6 və 08 oktyabr 2013-cü il tarixdə doğulmuş X2 üçün Borclu hər ay bir uşaq üçün tutulan sabit məbləğdə 130 manat məbləğində aliment 23 yanvar 2026-cı il tarixdən başlayaraq, sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.43 misli həddində indeksasiya edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(5-86)-3/2026
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(5-86)-3/2026
02.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver