Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-22/2026 09.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 30 yanvar 2026-cı il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 30 yanvar 2026-cı il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-828/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə, əsasən, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. 30 yanvar 2026-cı tarixli təqdimata, əsasən, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılan Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-828/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə üzrə Borclu 21 may 2025-ci il tarixdən hesablanmaqla 05 avqust 2012-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-828/2025 nömrəli, nömrəli icra vərəqəsindən aydın olur ki, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi Borclu tərəfindən təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 30 yanvar 2026-cı tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 30 yanvar 2026-cı il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-828/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə, əsasən, xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(5-88)-22/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-22/2026
09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver