Məhkəmə qərarları › İş №8(5-88)-51/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-51/2026

23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-51/2026 23.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-165/2015 saylı, xx.xx.2015ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 323/2024 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-308/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahmar Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahmar Məmmədova, və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə icra məmurunun və borclunun iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Nağıyev X2 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-165/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(078)- 323/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(078)-308/2023 saylı və xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Borclu ümumilikdə 23177,8 (iyirmi üç min bir yüz yetmiş yeddi manat səksən qəpik) manat pul alınaraq Tələbkar ödənilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 165/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi xx.xx.2015-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş dərhal icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Nağıyev X2 Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-165/2015 saylı, xx.xx.2015-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 323/2024 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-308/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbin könüllü icrası barədə bildirişə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədləri üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx.xx.1971-ci ildə doğulmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Nağıyev X2 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar