Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-54/2026 03.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Borclu2 iştirakı ilə, Tələbkar borclular Borclu1 və Borclu2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1250/2024 nömrəli, 27 yanvar 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1250/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə 48 manat dəyərində 8 ədəd əl-üz dəsmalları (yeni), 30 manat dəyərində 1 ədəd qış üçün qadın xalatı, 24 manat dəyərində 1 ədəd yay üçün qadın xalatı, 12 manat dəyərində 1 bağlamda kişi corab dəsti, 14 manat dəyərində 1 bağlamda qadın corab dəsti, 22 manat dəyərində 1 ədəd qadın gecə paltarı, 30 manat dəyərində 6 ədəd kişi üçün alt paltarı, 24 manat dəyərində 2 ədəd qadın üst geyimi, 18 manat dəyərində 6 ədəd çay dəsmalı, 100 manat dəyərində 5 ədəd kişi köynəyi, 20 manat dəyərində 4 ədəd qadın baş örtüyü, 22 manat dəyərində 1 ədəd qış üçün qadın koftası, 30 manat dəyərində 2 dəst pastel, 45 manat dəyərində 1 ədəd elektron təzyiq ölçən aparat, 20 manat dəyərində 1 ədəd mexaniki təzyiq ölçən aparat, 50 manat dəyərində 1 ədəd böyük suvenir xəncər, 35 manat dəyərində 1 ədəd kiçik suvenir xəncər, 10 manat dəyərində 1 ədəd kişi üçün alt isti paltarı, 18 manat dəyərində 12 cüt kişi corabı, 280 manat dəyərində 1 dəst 4 ədəd olmaqla Emsan markalı qazanlar, 320 manat dəyərində 1 dəst 4 ədəd olmaqla Emsan markalı qazan-tavalar, 240 manat dəyərində 2 ədəd Karaca markalı orta böyüklükdə qazanlar, 220 manat dəyərində 2 ədəd böyükdən-kiçiyə Emsan markalı qazanlar, 140 manat dəyərində 1 ədəd böyük Emsan markalı qapaqlı qazan, 200 manat dəyərində 4 ədəd böyükdən-kiçiyə Emsan markalı tavalar, 65 manat dəyərində 1 ədəd mikser, 140 manat dəyərində 4 ədəd iki nəfərlik pastel dəsti, 75 manat dəyərində 3 ədəd tək nəfərlik pastel dəstlər, 120 manat dəyərində 12 ədəd Masindor və Taс markalı dəsmallar, əl-üz dəsmalı, çay dəsmalı, hamam dəsmalı, 150 manat dəyərində 2 ədəd 12 nəfərlik stol örtüyü, 200 manat dəyərində 6 nəfərlik 4 ədəd stol örtüyü, 80 manat dəyərində 1 ədəd stol üstü dekorativ skateri, 55 manat dəyərində 1 ədəd qaşlı plet (yataq örtüyü), 45 manat dəyərində 1 ədəd sadə plet (yataq örtüyü), 90 manat dəyərində 1 ədəd gəlincik pakrivalı, 110 manat dəyərində 1 ədəd iki nəfərlik yay yorğanı dəsti, 60 manat dəyərində 2 ədəd içərisi qu tükü olan yastıq, 50 manat dəyərində 2 ədəd içərisi silikon olan yastıq, 130 manat dəyərində 1 ədəd Karaca markalı uşaq üçün çexol komplekti, 45 manat dəyərində 1 ədəd qadın üçün hamam xalatı, 55 manat dəyərində 1 ədəd iki nəfərlik yumoş örtüyü, 24 manat dəyərində 4 cüt ev ayaqqabısı, 60 manat dəyərində 24 ədəd İran istehsalı çini boşqablar, 18 manat dəyərində 6 ədəd böyük su stəkanı, 12 manat dəyərində 6 ədəd kiçik su stəkanı, 24 manat dəyərində 6 ədəd billur armudu çay stəkanı, 30 manat dəyərində 6 ədəd böyük billur stəkanı, 18 manat dəyərində 12 ədəd nəlbəki, 90 manat dəyərində 6 ədəd Emsan markalı ədviyyat qabları, 75 manat dəyərində 3 dəst iç-içə olan Emsan markalı saxlama qabları, 230 manat dəyərində 1 ədəd Fri qızartma aparatı, 18 manat dəyərində 1 ədəd su dolçası, 25 manat dəyərində 1 ədəd qab qurutma setkası, 50 manat dəyərində 1 dəst 3-lü Emsan markalı bıçaq dəsti, 120 manat dəyərində 10 ədəd Emsan markalı bıçaqlar (müxtəlif ölçülü), 30 manat dəyərində 1 dəst salat doğrayan, 46 manat dəyərində 1 ədəd Emsan markalı bir ədəd böyük süzgəc, 25 manat dəyərində 4 ədəd fərqli ölçülərdə olan süzgəclər, 10 manat dəyərində 1 dəst mətbəxdə istifadə olunmaq üçün nəzərdə tutulan əlcək, 20 manat dəyərində 1 dəst şüşə materialından olan içiçə saxlama qabları, 30 manat dəyərində 2 ədəd billur konfet qabı, 35 manat dəyərində 1 ədəd böyük çərəz qabı, 30 manat dəyərində 2 ədəd billur mürəbbə qabı, 40 manat dəyərində 1 ədəd uzunsov ağ rəngli meyvə qabı, 50 manat dəyərində 2 ədəd 3 gözlü çərəz qabı, 25 manat dəyərində 1 ədəd hamam dəsti (ayaqaltı), 20 manat dəyərində 1 ədəd durna suveniri, 45 manat dəyərində 1 ədəd Karaca markalı çaynik, 8 manat dəyərində 1 ədəd fincan, 18 manat dəyərində 3 ədəd fərqli görüntülü fincanlar, 30 manat dəyərində 6 nəfərlik boşqab, 60 manat dəyərində 1 ədəd Emsan markalı dördbucaqlı qab, 25 manat dəyərində 1 ədəd düzbucaqlı kek qabı, 27 manat dəyərində 3 ədəd silikonlu kek qabı, 30 manat dəyərində 6 ədəd balaca kek qabı, 20 manat dəyərində 1 ədəd böyük ölçülü kek qabı, 16 manat dəyərində 1 ədəd ayı formalı kek qabı, 24 manat dəyərində 3 ədəd salat-meyvə taxtası, 14 manat dəyərində 1 ədəd taxta qaşıq dəsti, 90 manat dəyərində 1 dəst Emsan markalı 12 nəfərlik salat-qaşıq seti, 15 manat dəyərində 1 ədəd ölçü qabı seti, 20 manat dəyərində 1 ədəd mətbəx tərəzisi, 10 manat dəyərində 1 ədəd ev və hamam üçün asılqanlar, 15 manat dəyərində 1 ədəd süd bişirən qab, 10 manat dəyərində 1 ədəd ayran hazırlama aparatı, 20 manat dəyərində 1 ədəd çəhrayı rəngli saat, 6 manat dəyərində 3 ədəd tutacaq, 4 manat dəyərində 1 ədəd göyərti qayçısı, 10 manat dəyərində 2 ədəd sous qabı, 6 manat dəyərində 1 ədəd şüşə yağ butulkası, 28 manat dəyərində 2 ədəd Emsan markalı salfet qabı, 8 manat dəyərində 4 ədəd qazan-çaydan altlıqları, 5 manat dəyərində 1 ədəd şüşə pendir qabı, 4 manat dəyərində 2 ədəd sabun qabı, 6 manat dəyərində 1 ədəd diş fırçası naboru, 10 manat dəyərində 1 ədəd xəmirkəsən, 5 manat dəyərində 1 ədəd limon sıxan, 4 manat dəyərində 1 ədəd limon spreyi, 3 manat dəyərində 1 ədəd yağ fırçası, 5 manat dəyərində 1 ədəd antibakterial toz fırçası, 3 manat dəyərində 1 ədəd sarımsaq əzən, 2 manat dəyərində 1 ədəd banka ağzı açan, 15 manat dəyərində 1 ədəd ət baltası, 10 manat dəyərində 1 ədəd ətdöyən, 20 manat dəyərində 1 ədəd Emsan markalı göyərti doğrayan, 12 manat dəyərində 1 ədəd qaşıq qabı, 30 manat dəyərində 1 ədəd 3-lü paltaryuyan üçün setka, 2 manat dəyərində 20 ədəd şpilka, 10 manat dəyərində 1 ədəd yumurta qarışdıran, 4 manat dəyərində 1 ədəd yumurta doğrayan, 15 manat dəyərində 1 ədəd tərəvəz doğrayan seti, 2 manat dəyərində 1 ədəd çay dəmləmə setkası, 3 manat dəyərində 1 ədəd maşa, 3 manat dəyərində 1 ədəd şabalıd kəsən, 4 manat dəyərində 1 ədəd tərəvəz içi çıxaran, 5 manat dəyərində 1 set ölçü qaşığı, 3 manat dəyərində 1 ədəd silikon qaşıq, 3 manat dəyərində 1 ədəd pizza doğrayan, 3 manat dəyərində 1 ədəd tum çıxaran, 4 manat dəyərində 1 ədəd un ələyi, 140 manat dəyərində 1 ədəd xəmir aparatı, 10 manat dəyərində 1 ədəd süngər qabı, 3 manat dəyərində 1 ədəd qazan silən kremli dəsmal, 12 manat dəyərində 1 ədəd balıq təmizləyən, 5 manat dəyərində 1 ədəd qıf dəsti, 10 manat dəyərində 1 ədəd kökə bükən fiqur dəsti, 15 manat dəyərində 1 ədəd konyak açan, 4 manat dəyərində 1 ədəd qoz qıran, 6 manat dəyərində 1 ədəd buxar setkası, 10 manat dəyərində 1 qutuda 100 ədəd mətbəx üçün əlcək, 5 manat dəyərində 1 ədəd tərəvəz paketi, 5 manat dəyərində 1 ədəd streç, 6 manat dəyərində 1 ədəd falqa, 2 manat dəyərində 1 ədəd yağlı kağız, 3 manat dəyərində 1 ədəd diş çöpü qabı, 4 manat dəyərində 1 ədəd duz-istiot qabı, 4 manat dəyərində 1 ədəd önlük, 24 manat dəyərində 40 ədəd rus lampuçkası, 16 manat dəyərində 2 ədəd qablaşdırılması açılmamış 6 kq-lıq Ariel yuyucu toz, 12 manat dəyərində 2 ədəd qara paltar üçün Perwol, 5 manat dəyərində 2 ədəd qab yumaq üçün şampun, 170 manat dəyərində 1 ədəd Beko markalı kondisioner 90 kv.m evin içərisində olan hissəsi (motorsuz), 80 manat dəyərində 1 ədəd DVD playeri, 50 manat dəyərində 1 ədəd kaset üçün video playeri, 460 manat dəyərində 1 ədəd Beko markalı stolüstü kompüter dəsti, 20 manat dəyərində 1 ədəd orta böyüklükdə hədiyyəlik ayı oyuncaq, 35 manat dəyərində 1 ədəd qızılı rəngli böyük güldan, 110 manat dəyərində 1 ədəd əl tikiş maşını, 32 manat dəyərində 4 ədəd istifadə edilmiş çexol-mələfə dəsti, 170 manat dəyərində 1 ədəd eni olan 3x4 metr xalça, 480 manat dəyərində 4 ədəd eni olan 2x3 metr ölçüdə olan xalça, 30 manat dəyərində 1 ədəd ağ rəngli çexolu, 80 manat dəyərində 2 ədəd hər biri 35 metr olan ümumilikdə 70 metr süfrə, 52 manat dəyərində 1 ədəd qulplu 50 litrlik aliminium qazan, 90 manat dəyərində 2 ədəd 40 litrlik qulplu aliminium qazan, 55 manat dəyərində 1 ədəd qulpsuz 60 litrlik aliminium qazan, 30 manat dəyərində 1 ədəd qulpsuz 40 litrlik alminium qazan, 25 manat dəyərində 1 ədəd qulplu 10 litrlik aliminium qazan, 180 manat dəyərində 6 ədəd yemək qazanı, 500 manat dəyərində 250 ədəd sovuz boşqabı, 270 manat dəyərində 150 ədəd dolma boşqabı, 400 manat dəyərində 200 ədəd plov boşqabı, 140 manat dəyərində 70 ədəd soyutma üçün boşqab, 48 manat dəyərində 24 ədəd kasa, 100 manat dəyərində 100 ədəd nəlbəki, 120 manat dəyərində 100 ədəd Rusiya istehsalı çay stəkanı, 42 manat dəyərində 70 ədəd araq stəkanı, 80 manat dəyərində 10 ədəd padnos, 30 manat dəyərində 3 ədəd ləyən, 28 manat dəyərində 4 ədəd aşsüzən, 20 manat dəyərində 2 ədəd istifadə olunmamış vedrə, 40 manat dəyərində 1 ədəd nikel materiallı böyük qazan, 40 manat dəyərində Türkiyə istehsalı olan yastı qazan, 260 manat dəyərində 2 ədəd Gepas markalı elektron ət maşını, 210 manat dəyərində 1 dəst Arzum markalı meyvə suyu çəkən, 100 manat dəyərində 1 dəst blender, 120 manat dəyərində 1 ədəd mikser, 55 manat dəyərində 1 ədəd toster, 8 manat dəyərində 2 ədəd 10 kq-lıq şüşə balonlar, 4 manat dəyərində 2 ədəd 5 kq-lıq şüşə balonlar, 20 manat dəyərində 1 ədəd 10 litrlik aliminium flyak, 60 manat dəyərində 2 ədəd təkərli yol çantaları, 25 manat dəyərində 1 ədəd tefal, 15 manat dəyərində 1 ədəd termos, 30 manat dəyərində 1 ədəd drel, 40 manat dəyərində 1 ədəd laqonda, 40 manat dəyərində 2 ədəd Vaz 21074 markalı minik avtomobilinə məxsus təhlükəsizlik bel kəməri, 40 manat dəyərində 1 ədəd İran istehsalı böyük qulplu qazan, 70 manat dəyərində 2 ədəd ətir, 30 manat dəyərində 1 ədəd böyük aliminium ləyən, 20 manat dəyərində 1 ədəd kiçik alminium ləyən, 25 manat dəyərində 1 ədəd yarma çəkən aparat, 60 manat dəyərində 2 yataq otağının üstündəki hər biri 5 ədəd olmaqla açarlar, 20 manat dəyərində 1 ədəd cins materiallı boynu və qolları ağ rəngli tüklə örtülmüş, astarı ağ rəng olan qadın üçün isti gödəkçə, 10 manat dəyərində 1 ədəd dəmir çaynik, 60 manat dəyərində 2 ədəd Nokia markalı mobil telefon, 40 manat dəyərində 2 ədəd pul qabı, 250 manat dəyərində 5 ədəd kişi üçün qol saatı, 30 manat dəyərində 10 ədəd təsbeh, 20 manat dəyərində 1 ədəd Namaz paltarı, 30 manat dəyərində 1 ədəd elektron üzqırxan maşın, 25 manat dəyərində 1 ədəd elektron saçqırxan maşın, 30 manat dəyərində 1 ədəd billur yaşıl parça, 350 manat dəyərində 1 ədəd qırmızı rəngli toy paltarı, 40 manat dəyərində 2 ədəd ərəbcə Quran kitabı, 40 manat dəyərində 2 mərtəbəli meyvə qabı, 25 manat dəyərində 1 ədəd televizor pristavkası, 40 manat dəyərində 1 torba qoz, 10 manat dəyərində 1 ədəd televizor pultu, 12 manat dəyərində 4 ədəd cehizlik böyük qaşıqlar, 5 manat dəyərində 1 ədəd toyuq doğrama qayçısı, 10 manat dəyərində 1 ədəd düyü yuma qabı, 18 manat dəyərində 6 ədəd salat qabı, 15 manat dəyərində 1 ədəd soba üçün şüşə qab, 12 manat dəyərində 1 ədəd dolma bükən aparat, 10 manat dəyərində 1 ədəd mətbəx üçün dekor suvenir, 10 manat dəyərində 1 ədəd tək böyük bıçaq, 35 manat dəyərində 12 ədəd meyvə bıçaq-çəngəl dəsti, 45 manat dəyərində 12 ədəd dəsmallı skater, 80 manat dəyərində 4 ədəd yastıq ilə birlikdə 2 nəfərlik pastel, 25 manat dəyərində 1 ədəd çaydan, 8 manat dəyərində 1 ədəd qutuda olan asılqan, 15 manat dəyərində 6 ədəd limon üçün razetka, 30 manat dəyərində 1 ədəd hamam üçün nabor dəsti, 20 manat dəyərində 1 ədəd çərəz götürmək üçün qaşıq dəsti, 15 manat dəyərində 1 ədəd çərəz qabı, 2 manat dəyərində 1 ədəd banka açan, 2 manat dəyərində 1 ədəd kartof soyan, 3 manat dəyərində 1 ədəd su qabı, 2 manat dəyərində 1 ədəd çay süzmə setkası, 5 manat dəyərində 1 dəst göyərti saxlama torbası, 10 manat dəyərində 1 ədəd deterjan qabı, 200 manat dəyərində 5 ədəd Pastellər (Gelin Home, Maison Dor, Tac, Özdilek və Karaca markalı), 20 manat dəyərində 1 ədəd qoz çəkən, 50 manat dəyərində 3 ədəd iç-içə şirli böyük qazan dəsti, 45 manat dəyərində 3 ədəd böyük şirli ləyən, 22 manat dəyərində 2 ədəd padnos, 12 manat dəyərində 1 ədəd şüşə dərin qab, 10 manat dəyərində 1 ədəd nar təmizləyən, 20 manat dəyərində 1 qutuda 4 ədəd olmaqla dərin kasa, 120 manat dəyərində hər biri 100 metr olmaqla qara-qırmızı rəngdə tək qanadlı 4-lü 2 top elektrik məftili, 15 manat dəyərində 1 ədəd çöl qapısının pərdəsi, 40 manat dəyərində 1 ədəd üzərində setka olan uşaq vannası, 12 manat dəyərində 1 ədəd zibil vedrəsi, 100 manat dəyərində 1 ədəd altı yumru qədim antik əşya suvenir adlı əşyaların özü qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 12966 (on iki min doqquz yüz altmış altı) manat məbləğində pulun cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq iddiaçı Tələbkar verilməsi və iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 159.35 (bir yüz əlli doqquz manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun 89.38 (səksən doqquz manat otuz səkkiz qəpik) manat hissəsinin cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. 17 fevral 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X2 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1250/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular xx.xx.1996-cı il tarixdə doğulmuş, Naxçıvan şəhəri, Kalbalıxan küçəsi ev 27 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1993-cü il tarixdə doğulmuş, Naxçıvan şəhəri, Kalbalıxan küçəsi ev 34V ünvanında qeydiyyatda olan Borclu2 müştərək qaydada 48 manat dəyərində 8 ədəd əl-üz dəsmalları (yeni), 30 manat dəyərində 1 ədəd qış üçün qadın xalatı, 24 manat dəyərində 1 ədəd yay üçün qadın xalatı, 12 manat dəyərində 1 bağlamda kişi corab dəsti, 14 manat dəyərində 1 bağlamda qadın corab dəsti, 22 manat dəyərində 1 ədəd qadın gecə paltarı, 30 manat dəyərində 6 ədəd kişi üçün alt paltarı, 24 manat dəyərində 2 ədəd qadın üst geyimi, 18 manat dəyərində 6 ədəd çay dəsmalı, 100 manat dəyərində 5 ədəd kişi köynəyi, 20 manat dəyərində 4 ədəd qadın baş örtüyü, 22 manat dəyərində 1 ədəd qış üçün qadın koftası, 30 manat dəyərində 2 dəst pastel, 45 manat dəyərində 1 ədəd elektron təzyiq ölçən aparat, 20 manat dəyərində 1 ədəd mexaniki təzyiq ölçən aparat, 50 manat dəyərində 1 ədəd böyük suvenir xəncər, 35 manat dəyərində 1 ədəd kiçik suvenir xəncər, 10 manat dəyərində 1 ədəd kişi üçün alt isti paltarı, 18 manat dəyərində 12 cüt kişi corabı, 280 manat dəyərində 1 dəst 4 ədəd olmaqla Emsan markalı qazanlar, 320 manat dəyərində 1 dəst 4 ədəd olmaqla Emsan markalı qazan-tavalar, 240 manat dəyərində 2 ədəd Karaca markalı orta böyüklükdə qazanlar, 220 manat dəyərində 2 ədəd böyükdən-kiçiyə Emsan markalı qazanlar, 140 manat dəyərində 1 ədəd böyük Emsan markalı qapaqlı qazan, 200 manat dəyərində 4 ədəd böyükdən-kiçiyə Emsan markalı tavalar, 65 manat dəyərində 1 ədəd mikser, 140 manat dəyərində 4 ədəd iki nəfərlik pastel dəsti, 75 manat dəyərində 3 ədəd tək nəfərlik pastel dəstlər, 120 manat dəyərində 12 ədəd Masindor və Taс markalı dəsmallar, əl-üz dəsmalı, çay dəsmalı, hamam dəsmalı, 150 manat dəyərində 2 ədəd 12 nəfərlik stol örtüyü, 200 manat dəyərində 6 nəfərlik 4 ədəd stol örtüyü, 80 manat dəyərində 1 ədəd stol üstü dekorativ skateri, 55 manat dəyərində 1 ədəd qaşlı plet (yataq örtüyü), 45 manat dəyərində 1 ədəd sadə plet (yataq örtüyü), 90 manat dəyərində 1 ədəd gəlincik pakrivalı, 110 manat dəyərində 1 ədəd iki nəfərlik yay yorğanı dəsti, 60 manat dəyərində 2 ədəd içərisi qu tükü olan yastıq, 50 manat dəyərində 2 ədəd içərisi silikon olan yastıq, 130 manat dəyərində 1 ədəd Karaca markalı uşaq üçün çexol komplekti, 45 manat dəyərində 1 ədəd qadın üçün hamam xalatı, 55 manat dəyərində 1 ədəd iki nəfərlik yumoş örtüyü, 24 manat dəyərində 4 cüt ev ayaqqabısı, 60 manat dəyərində 24 ədəd İran istehsalı çini boşqablar, 18 manat dəyərində 6 ədəd böyük su stəkanı, 12 manat dəyərində 6 ədəd kiçik su stəkanı, 24 manat dəyərində 6 ədəd billur armudu çay stəkanı, 30 manat dəyərində 6 ədəd böyük billur stəkanı, 18 manat dəyərində 12 ədəd nəlbəki, 90 manat dəyərində 6 ədəd Emsan markalı ədviyyat qabları, 75 manat dəyərində 3 dəst iç-içə olan Emsan markalı saxlama qabları, 230 manat dəyərində 1 ədəd Fri qızartma aparatı, 18 manat dəyərində 1 ədəd su dolçası, 25 manat dəyərində 1 ədəd qab qurutma setkası, 50 manat dəyərində 1 dəst 3-lü Emsan markalı bıçaq dəsti, 120 manat dəyərində 10 ədəd Emsan markalı bıçaqlar (müxtəlif ölçülü), 30 manat dəyərində 1 dəst salat doğrayan, 46 manat dəyərində 1 ədəd Emsan markalı bir ədəd böyük süzgəc, 25 manat dəyərində 4 ədəd fərqli ölçülərdə olan süzgəclər, 10 manat dəyərində 1 dəst mətbəxdə istifadə olunmaq üçün nəzərdə tutulan əlcək, 20 manat dəyərində 1 dəst şüşə materialından olan iç-içə saxlama qabları, 30 manat dəyərində 2 ədəd billur konfet qabı, 35 manat dəyərində 1 ədəd böyük çərəz qabı, 30 manat dəyərində 2 ədəd billur mürəbbə qabı, 40 manat dəyərində 1 ədəd uzunsov ağ rəngli meyvə qabı, 50 manat dəyərində 2 ədəd 3 gözlü çərəz qabı, 25 manat dəyərində 1 ədəd hamam dəsti (ayaqaltı), 20 manat dəyərində 1 ədəd durna suveniri, 45 manat dəyərində 1 ədəd Karaca markalı çaynik, 8 manat dəyərində 1 ədəd fincan, 18 manat dəyərində 3 ədəd fərqli görüntülü fincanlar, 30 manat dəyərində 6 nəfərlik boşqab, 60 manat dəyərində 1 ədəd Emsan markalı dördbucaqlı qab, 25 manat dəyərində 1 ədəd düzbucaqlı kek qabı, 27 manat dəyərində 3 ədəd silikonlu kek qabı, 30 manat dəyərində 6 ədəd balaca kek qabı, 20 manat dəyərində 1 ədəd böyük ölçülü kek qabı, 16 manat dəyərində 1 ədəd ayı formalı kek qabı, 24 manat dəyərində 3 ədəd salat-meyvə taxtası, 14 manat dəyərində 1 ədəd taxta qaşıq dəsti, 90 manat dəyərində 1 dəst Emsan markalı 12 nəfərlik salat-qaşıq seti, 15 manat dəyərində 1 ədəd ölçü qabı seti, 20 manat dəyərində 1 ədəd mətbəx tərəzisi, 10 manat dəyərində 1 ədəd ev və hamam üçün asılqanlar, 15 manat dəyərində 1 ədəd süd bişirən qab, 10 manat dəyərində 1 ədəd ayran hazırlama aparatı, 20 manat dəyərində 1 ədəd çəhrayı rəngli saat, 6 manat dəyərində 3 ədəd tutacaq, 4 manat dəyərində 1 ədəd göyərti qayçısı, 10 manat dəyərində 2 ədəd sous qabı, 6 manat dəyərində 1 ədəd şüşə yağ butulkası, 28 manat dəyərində 2 ədəd Emsan markalı salfet qabı, 8 manat dəyərində 4 ədəd qazan-çaydan altlıqları, 5 manat dəyərində 1 ədəd şüşə pendir qabı, 4 manat dəyərində 2 ədəd sabun qabı, 6 manat dəyərində 1 ədəd diş fırçası naboru, 10 manat dəyərində 1 ədəd xəmirkəsən, 5 manat dəyərində 1 ədəd limon sıxan, 4 manat dəyərində 1 ədəd limon spreyi, 3 manat dəyərində 1 ədəd yağ fırçası, 5 manat dəyərində 1 ədəd antibakterial toz fırçası, 3 manat dəyərində 1 ədəd sarımsaq əzən, 2 manat dəyərində 1 ədəd banka ağzı açan, 15 manat dəyərində 1 ədəd ət baltası, 10 manat dəyərində 1 ədəd ətdöyən, 20 manat dəyərində 1 ədəd Emsan markalı göyərti doğrayan, 12 manat dəyərində 1 ədəd qaşıq qabı, 30 manat dəyərində 1 ədəd 3-lü paltaryuyan üçün setka, 2 manat dəyərində 20 ədəd şpilka, 10 manat dəyərində 1 ədəd yumurta qarışdıran, 4 manat dəyərində 1 ədəd yumurta doğrayan, 15 manat dəyərində 1 ədəd tərəvəz doğrayan seti, 2 manat dəyərində 1 ədəd çay dəmləmə setkası, 3 manat dəyərində 1 ədəd maşa, 3 manat dəyərində 1 ədəd şabalıd kəsən, 4 manat dəyərində 1 ədəd tərəvəz içi çıxaran, 5 manat dəyərində 1 set ölçü qaşığı, 3 manat dəyərində 1 ədəd silikon qaşıq, 3 manat dəyərində 1 ədəd pizza doğrayan, 3 manat dəyərində 1 ədəd tum çıxaran, 4 manat dəyərində 1 ədəd un ələyi, 140 manat dəyərində 1 ədəd xəmir aparatı, 10 manat dəyərində 1 ədəd süngər qabı, 3 manat dəyərində 1 ədəd qazan silən kremli dəsmal, 12 manat dəyərində 1 ədəd balıq təmizləyən, 5 manat dəyərində 1 ədəd qıf dəsti, 10 manat dəyərində 1 ədəd kökə bükən fiqur dəsti, 15 manat dəyərində 1 ədəd konyak açan, 4 manat dəyərində 1 ədəd qoz qıran, 6 manat dəyərində 1 ədəd buxar setkası, 10 manat dəyərində 1 qutuda 100 ədəd mətbəx üçün əlcək, 5 manat dəyərində 1 ədəd tərəvəz paketi, 5 manat dəyərində 1 ədəd streç, 6 manat dəyərində 1 ədəd falqa, 2 manat dəyərində 1 ədəd yağlı kağız, 3 manat dəyərində 1 ədəd diş çöpü qabı, 4 manat dəyərində 1 ədəd duz-istiot qabı, 4 manat dəyərində 1 ədəd önlük, 24 manat dəyərində 40 ədəd rus lampuçkası, 16 manat dəyərində 2 ədəd qablaşdırılması açılmamış 6 kq-lıq Ariel yuyucu toz, 12 manat dəyərində 2 ədəd qara paltar üçün Perwol, 5 manat dəyərində 2 ədəd qab yumaq üçün şampun, 170 manat dəyərində 1 ədəd Beko markalı kondisioner 90 kv.m evin içərisində olan hissəsi (motorsuz), 80 manat dəyərində 1 ədəd DVD playeri, 50 manat dəyərində 1 ədəd kaset üçün video playeri, 460 manat dəyərində 1 ədəd Beko markalı stolüstü kompüter dəsti, 20 manat dəyərində 1 ədəd orta böyüklükdə hədiyyəlik ayı oyuncaq, 35 manat dəyərində 1 ədəd qızılı rəngli böyük güldan, 110 manat dəyərində 1 ədəd əl tikiş maşını, 32 manat dəyərində 4 ədəd istifadə edilmiş çexol-mələfə dəsti, 170 manat dəyərində 1 ədəd eni olan 3x4 metr xalça, 480 manat dəyərində 4 ədəd eni olan 2x3 metr ölçüdə olan xalça, 30 manat dəyərində 1 ədəd ağ rəngli çexolu, 80 manat dəyərində 2 ədəd hər biri 35 metr olan ümumilikdə 70 metr süfrə, 52 manat dəyərində 1 ədəd qulplu 50 litrlik aliminium qazan, 90 manat dəyərində 2 ədəd 40 litrlik qulplu aliminium qazan, 55 manat dəyərində 1 ədəd qulpsuz 60 litrlik aliminium qazan, 30 manat dəyərində 1 ədəd qulpsuz 40 litrlik alminium qazan, 25 manat dəyərində 1 ədəd qulplu 10 litrlik aliminium qazan, 180 manat dəyərində 6 ədəd yemək qazanı, 500 manat dəyərində 250 ədəd sovuz boşqabı, 270 manat dəyərində 150 ədəd dolma boşqabı, 400 manat dəyərində 200 ədəd plov boşqabı, 140 manat dəyərində 70 ədəd soyutma üçün boşqab, 48 manat dəyərində 24 ədəd kasa, 100 manat dəyərində 100 ədəd nəlbəki, 120 manat dəyərində 100 ədəd Rusiya istehsalı çay stəkanı, 42 manat dəyərində 70 ədəd araq stəkanı, 80 manat dəyərində 10 ədəd padnos, 30 manat dəyərində 3 ədəd ləyən, 28 manat dəyərində 4 ədəd aşsüzən, 20 manat dəyərində 2 ədəd istifadə olunmamış vedrə, 40 manat dəyərində 1 ədəd nikel materiallı böyük qazan, 40 manat dəyərində Türkiyə istehsalı olan yastı qazan, 260 manat dəyərində 2 ədəd Gepas markalı elektron ət maşını, 210 manat dəyərində 1 dəst Arzum markalı meyvə suyu çəkən, 100 manat dəyərində 1 dəst blender, 120 manat dəyərində 1 ədəd mikser, 55 manat dəyərində 1 ədəd toster, 8 manat dəyərində 2 ədəd 10 kq-lıq şüşə balonlar, 4 manat dəyərində 2 ədəd 5 kq-lıq şüşə balonlar, 20 manat dəyərində 1 ədəd 10 litrlik aliminium flyak, 60 manat dəyərində 2 ədəd təkərli yol çantaları, 25 manat dəyərində 1 ədəd tefal, 15 manat dəyərində 1 ədəd termos, 30 manat dəyərində 1 ədəd drel, 40 manat dəyərində 1 ədəd laqonda, 40 manat dəyərində 2 ədəd Vaz 21074 markalı minik avtomobilinə məxsus təhlükəsizlik bel kəməri, 40 manat dəyərində 1 ədəd İran istehsalı böyük qulplu qazan, 70 manat dəyərində 2 ədəd ətir, 30 manat dəyərində 1 ədəd böyük aliminium ləyən, 20 manat dəyərində 1 ədəd kiçik alminium ləyən, 25 manat dəyərində 1 ədəd yarma çəkən aparat, 60 manat dəyərində 2 yataq otağının üstündəki hər biri 5 ədəd olmaqla açarlar, 20 manat dəyərində 1 ədəd cins materiallı boynu və qolları ağ rəngli tüklə örtülmüş, astarı ağ rəng olan qadın üçün isti gödəkçə, 10 manat dəyərində 1 ədəd dəmir çaynik, 60 manat dəyərində 2 ədəd Nokia markalı mobil telefon, 40 manat dəyərində 2 ədəd pul qabı, 250 manat dəyərində 5 ədəd kişi üçün qol saatı, 30 manat dəyərində 10 ədəd təsbeh, 20 manat dəyərində 1 ədəd Namaz paltarı, 30 manat dəyərində 1 ədəd elektron üzqırxan maşın, 25 manat dəyərində 1 ədəd elektron saçqırxan maşın, 30 manat dəyərində 1 ədəd billur yaşıl parça, 350 manat dəyərində 1 ədəd qırmızı rəngli toy paltarı, 40 manat dəyərində 2 ədəd ərəbcə Quran kitabı, 40 manat dəyərində 2 mərtəbəli meyvə qabı, 25 manat dəyərində 1 ədəd televizor pristavkası, 40 manat dəyərində 1 torba qoz, 10 manat dəyərində 1 ədəd televizor pultu, 12 manat dəyərində 4 ədəd cehizlik böyük qaşıqlar, 5 manat dəyərində 1 ədəd toyuq doğrama qayçısı, 10 manat dəyərində 1 ədəd düyü yuma qabı, 18 manat dəyərində 6 ədəd salat qabı, 15 manat dəyərində 1 ədəd soba üçün şüşə qab, 12 manat dəyərində 1 ədəd dolma bükən aparat, 10 manat dəyərində 1 ədəd mətbəx üçün dekor suvenir, 10 manat dəyərində 1 ədəd tək böyük bıçaq, 35 manat dəyərində 12 ədəd meyvə bıçaq-çəngəl dəsti, 45 manat dəyərində 12 ədəd dəsmallı skater, 80 manat dəyərində 4 ədəd yastıq ilə birlikdə 2 nəfərlik pastel, 25 manat dəyərində 1 ədəd çaydan, 8 manat dəyərində 1 ədəd qutuda olan asılqan, 15 manat dəyərində 6 ədəd limon üçün razetka, 30 manat dəyərində 1 ədəd hamam üçün nabor dəsti, 20 manat dəyərində 1 ədəd çərəz götürmək üçün qaşıq dəsti, 15 manat dəyərində 1 ədəd çərəz qabı, 2 manat dəyərində 1 ədəd banka açan, 2 manat dəyərində 1 ədəd kartof soyan, 3 manat dəyərində 1 ədəd su qabı, 2 manat dəyərində 1 ədəd çay süzmə setkası, 5 manat dəyərində 1 dəst göyərti saxlama torbası, 10 manat dəyərində 1 ədəd deterjan qabı, 200 manat dəyərində 5 ədəd Pastellər (Gelin Home, Maison Dor, Tac, Özdilek və Karaca markalı), 20 manat dəyərində 1 ədəd qoz çəkən, 50 manat dəyərində 3 ədəd iç-içə şirli böyük qazan dəsti, 45 manat dəyərində 3 ədəd böyük şirli ləyən, 22 manat dəyərində 2 ədəd padnos, 12 manat dəyərində 1 ədəd şüşə dərin qab, 10 manat dəyərində 1 ədəd nar təmizləyən, 20 manat dəyərində 1 qutuda 4 ədəd olmaqla dərin kasa, 120 manat dəyərində hər biri 100 metr olmaqla qara-qırmızı rəngdə tək qanadlı 4-lü 2 top elektrik məftili, 15 manat dəyərində 1 ədəd çöl qapısının pərdəsi, 40 manat dəyərində 1 ədəd üzərində setka olan uşaq vannası, 12 manat dəyərində 1 ədəd zibil vedrəsi, 100 manat dəyərində 1 ədəd altı yumru qədim antik əşya suvenir adlı əşyaların özü qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 12966 (on iki min doqquz yüz altmış altı) manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməli olduğunu, tələbkar tərəfindən iddia qaldırılan zaman ödənilmiş 159.35 (bir yüz əlli doqquz manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun 89.38 (səksən doqquz manat otuz səkkiz qəpik) manat hissəsinin müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməli olduğunu, yuxarıda qeyd olunan icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə borclular Borclu1 və Borclu2 göndərildiyini, icra sənədində olan tələbin könüllü təmin edilməsinin təklif edildiyini, lakin borclular tərəfindən icra sənədində olan tələbin könüllü təmin edilmədiyini, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrasının təmin olunmadığını, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olduğunu, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Tələbkar və Borclu1 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın və Borclu1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu2 işləmədiyini, işsiz olduğunu, həbsdən yeni çıxdığını, az-az ödəniş edə biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat iki şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş borclular Borclu1 və Borclu2 göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarların məzmunundan o da aydın olur ki, borclulara tələbin könüllü olaraq 10 gün müddətində icra olunması təklif olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən, borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunmalı; -Tələbkar borclular Borclu1 və Borclu2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1250/2024 nömrəli, 27 yanvar 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -qərardad dərhal icra olunmalı; -qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar borclular Borclu1 və Borclu2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1250/2024 nömrəli, 27 yanvar 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra olunsun. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(5-88)-54/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-54/2026
03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver