Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-59/2026 02.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru İmanov Eminin 19 fevral 2026-cı il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru İmanov Emin 19 fevral 2026-cı il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru İmanov Eminə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru İmanov Eminin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin e- 2(078)-581/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-491/2025-012 saylı, xx.xx.2025-ci il tarixli Fizuli İcra sənədinə əsasən, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. 19 fevral 2026-cı tarixli təqdimata, əsasən, e-2(078)-581/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə İcra sənədi üzrə Borclu 1939,40 (bir min doqquz yüz otüz doqquz manat qırx qəpik) manat məbləğində pul tutularaq Tələbkar Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 491/2025-012 saylı, xx.xx.2025-ci il tarixli Fizuli İcra sənədi üzrə ümumilikdə 252 (iki yüz əlli iki) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu Borclu oğlundan tutularaq tələbkar X2 ödənilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-581/2025 nömrəli, nömrəli icra vərəqəsindən aydın olur ki, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə Borclu, xx.xx.1991-ci il təvəllüdlü ünvan 1ənzil ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Naxçıvan Şəhər Polis idarəsindən daxil olan məktuba əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3-13/Q30/2025 №-li "Borclu fiziki şəxslərin, borclu hüquqi şəxsin icra orqanının rəhbərlərinin və cavabdehlərin axtarışının təşkili və həyata keçirilməsi haqqında Təlimat"-in 3.16.6-cı bəndinin tələbinə əsasən börclu ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkə xaricində olduğu müəyyən edildiyindən axtarış işinin açılması mümkün olmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-491/2025 nömrəli, nömrəli icra vərəqəsindən aydın olur ki, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi Borclu tərəfindən təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru İmanov Eminin 19 fevral 2026-cı tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru İmanov Eminin 19 fevral 2026cı il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-581/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-491/2025-012 saylı, xx.xx.2025-ci il tarixli Fizuli İcra sənədinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(5-88)-59/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-59/2026
02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver