Məhkəmə qərarları › İş №8(5-88)-68/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-68/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-68/2026 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-83/2024 saylı icra sənədi üzrə aliment məbləğinin indeksasiya edilməsi barədə X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ:

1. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(078)-83/2024 qətnaməsinə əsasən X12 ilə X11 arasında 31 may 2016-cı il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 181 nömrəli nikah pozulması, boşanmadan sonra 02 aprel 2018-ci il təvəllüdlü X13 və 15 iyul 2019-cu il təvəllüdlü X14 anası X5 yanında saxlanılması, X6 29 may 2024cü il tarixdən hesablanmaqla hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 02 aprel 2018-ci il təvəllüdlü X7 və 15 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 xeyrinə ödənilməsi qət edilmişdir.

2. Tələbkar X2 Şəhər Məhkəməsinin 2(078)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X6 29 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulan aliment məbləğinin artırılaraq, hər bir uşağa sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.65 misli həddində aliment məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, X12 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X14 adlı iki övladları var.

4. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X9 iddia tələbi qismən təmin edilmiş, nikahları pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8 onun yanında qalmaları, xx.xx.2024-cü il tarixdən hesablanmaqla X6 hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2019cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir

5. X12 heç yerdə işləmir. Ona alimentin 1/3 hissədə tutulması müəyyən edilərkən bunlar nəzərə alınmayıb. Bunun nəticəsidir ki, o ümumiyyətlə aliment ödəmir. Hətta bir dəfə 100 manat pul göndərmiş və həmin məbləği nəzir pulu adlandırmışdır. Onun qazancı dəyişkəndir. X4 qədər gəlir əldə etməsinə baxmayaraq, könüllü şəkildə aliment verməkdən yayınır.

6. Övladlarının saxlanması onun üçün çox çətindir. Övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Lakin hal-hazırda uşaqlar böyüdükcə onların problemləri də böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır.

7. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizəyə icraa icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir.

8. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, İİ bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

11. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulununvə qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

15. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

17. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin tələbindən görünür ki, tələbkar xx.xx.2018-ci təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılamları üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulan aliment məbləğinin artırılaraq, hər bir uşağa sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.65 misli həddində aliment məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

21. Məhkəmə hesab edir ki, borclunun hazırki tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri çərçivəsində alimentin artırılması barədə tələb olduğundan, həmin tələbə İcra icraatı çərçivəsində baxıla bilməz və tələbkar iddia icraatı qaydasında alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırmaq hüququna malikdir.

22. MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

23. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X1 Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-83/2024 saylı icra sənədi üzrə aliment məbləğinin indeksasiya edilməsinə dair iş üzrə icraata xitam verilsin. Tələbkara Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri çərçivəsində alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırmaq hüququ izah edilsin Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar