Məhkəmə qərarları › İş №8(5-88)-77/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-88)-77/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(5-88)-77/2026 10.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X2 kаtibliyi, Əizəçi Tələbkar iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-543/2023 saylı qüvvəyə minmiş qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-543/2023 saylı qətnaməsi ilə 13 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 170 manat alimentin icra icraatı qaydasında 2026-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, keçmiş həyat yoldaşı Borclu ilə xx.xx.2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması haqqında akt ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 1 övladları – xx.xx.2013-ca il təvəllüdlü X4 dünyaya gəlmişdir. Aralarında yaranmış münaqişələr nəticəsind onların nikahı Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-42/2018 saylı, 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və övladları X3 onun yanında qalması həmçinin xx.xx.2017-ci il tarixdən hesablanmaqla Borclu hər ay 110 manat aliment tutularaq onun xeyrimə ödənilməsi qət edilmişdir. Qeyd olunan aliment məbləği Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-543/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilərək 170 manat müəyyən edilmişdir. O, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-543/2023 saylı qətnaməsi ilə 13 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 170 manat alimentin icra icraatı qaydasında 2026-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir.

3. Tələbkar ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli Plenumum Qərarına istinad edərək ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında ərizəçi Tələbkar bildirdi ki, uşağa tək baxır və tək yaşayır. Anası və atası yoxdur. Boşanan gündən atası uşaqla maraqlanmır. Özü uşağı saxlamaq üçün ev təmziliyinə gedir. Borclunun əlavə gəlirləri olsa da ona kömək etmir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə rəsmi məlumat verməmişdir.

6. Məhkəmə işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

8. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-543/2023 saylı qətnaməsinə əsasən, iddia qismən təmin olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(078)-42/2018 nömrəli qətnaməsi ilə 13 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmış, 13 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 170 (bir yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq uşağın anası Tələbkar ödənilməsi qət edilmişdir.

9. Hazırki mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Tələbkar ilə Borclu birgə nikahlarından 13 oktyabr 2013-cü il təvəllüdlü X4 doğulmuşdur.

10. Həmin Məcəllənin 231.1-ci maddəsinin mənasına görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 100 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,25 mislində (400 x 0,25 = 100 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.)

13. Məhkəmə ilk növbədə qeyd edir ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

14. Məhkəmə hesab edir ki, hazırda indeksasiya edilməli olan hər ay 170 manat məbləğində alimentin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)- 543/2023 saylı ilə təyin olunmasını, həmin məbləğin həmin il üçün minimum əmək haqqının 0.49 mislini təşkil etdiyini nəzərə alaraq, hesab edir ki, ərizə qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-543/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı 13 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, 25 fevral 2026-cı ildən tutulmağa başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-nin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

17. Buna görə də, Azərbaycan Respublikası ailə qanunvericiliyinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq, məhkəmə hesab edir ki, indeksasiya olunmuş aliment ərizənin məhkəməyə daxil olduğu xx.xx.2026-cı il tarixdən hesablanmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Tələbkar ərizəsi qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-543/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. 13 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə 25 fevral 2026-cı il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar