Məhkəmə qərarları › İş №8(5-91)-11/2026

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-91)-11/2026

19.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(5-91)-11/2026 19.03.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-64/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin e-2(090)-64/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 11215.7 (on bir min iki yüz on beş manat, yetmiş qəpik) manat əsas, 643.78 (altı yüz qırx üç manat, yetmiş səkkiz qəpik) manat faiz, 45.82 (qırx beş manat, səksən iki qəpik) cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 11905.3 (on bir min doqquz yüz beş manat, otuz qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 127.80 (bir yüz iyirmi yeddi manat, səksən qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 121.14 (bir yüz iyirmi bir manat, on dörd qəpik) manat hissəsi cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 06 mart 2026-cı il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar “X2” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar “X2” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş “X2” Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-64/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 64/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, “X2” Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-64/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlı olduğundan, Borclu həmin icra sənədini könüllü icra etmədiyindən və icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-64/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu – xx xxxxx 1998-ci ildə Şahbuz rayonu, A.Remeşin kəndində doğulmuş, Şahbuz rayonu, Qızıl Qışlaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Şahbuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar