Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-93)-164/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1068/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, ərizəsinə münasibət bildirilmədən geri qaytarılmasını xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məlumat verməmişlər. Bu baxımdan məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi icra icraatı qaydasında baxılan işlər üzrə ərizənin geri qaytarılmasını tənzimləyən konkret norma olmadığına görə, hazırkı məsələ ilə bağlı analoji münasibətləri tənzimləyən prosessual hüquq normasına istinad edilməsinə zərurət yaranmışdır. Bu baxımdan şikayətin Mülki-Prosessual Məcəllənin 152-ci maddəsinin tələbinə uyğun olaraq ərizənin baxılmadan geri qaytarılması qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. Həmçinin Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1068/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(5-93)-164/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(5-93)-164/2026
25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver