Məhkəmə qərarları › İş №8(5-94)-148/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-148/2026

20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-148/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, X1, X1 “qətnamənin icrasının təmin edilməsi üçün icra məmurun fəaliyyətinə nəzarət edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasının təmin edilməsi üçün icra məmurlarının fəaliyyətinə nəzarət edən hakim kimi, qətnamə hansı səbəblərdən icra edilməməsi və hansı məcburi tədbirlərinin həyata keçirilibkeçirilməməsi barədə məlumanet verilməsinə,qətnamənin icrasına nəzarət etmək hüququna malik olduğunun nəzərə alıq, qətnamənin icrasının təmin edilməsinə nəzarət edilməsi üçün tədbirlər görülməsinin məhkmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh Borclu 584000 Rusiya rublu məbləğində pulun ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla tutulub ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(011)- 5706/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 584000 Rusiya rublu məbləğində pul vəsaiti ödəniş zamanı Azərbyacan manatı məzənnəsinə uyğun hesablanmaqla və ödənilmiş 124 manat dövlət rüsumu Borclu tutularaq X5 verilməsi qət edilmişdir. Cavabdeh Borclu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X3 ibaret tərkibdə) 2(103)-780/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Borclu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. Bu günə qədər borclu pulu, tələbkara ödəməmişdir və qətnamənin vaxtında icra olunmamasını ciddi məsələ hesab edir. Hakim qətnamənin icrasını təmin etmək üçün, onun icrasına nəzarət etmək hüququna malik oluduğunu nəzərə alıb məhkəməyə müraciət edir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru Vüsal Umarova və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişdir. İcra İşindən görünür ki: - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025 -ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5706/2024-.007 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. - Bakı şəhər Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli qərarı ilə borclu xx.xx.1954-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmış və icrası Xətai Rayon Plos İdarəsinə həvalə edilmişdir. - Bakı şəhər Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə Xətai Rayon Polis İdarəsinə məktub göndərilərək axtarış işinin nəticəsi ilə bağlı məleumat verilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Odur ki, şikayət rədd edilməlidir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş icra işindən görünür ki, icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul olunmuş, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmiş, borclunun axdarışı ilı bağlı qərar qəbul etmişdir. İcra məmuru Vusal Umarovun dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onlar tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Vüsal Umarovun qətnamənin icrasının təmin edilməsi üçün icra məmurunun fəaliyyətinə nəzarət edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar