Məhkəmə qərarları › İş №8(5-94)-18/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-18/2026

21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-18/2026 21.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri 36 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ-4975 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu və X1 3683 manat 30 qəpik məbləğində pul vəsaiti tutularaq tələbkar AzərTürk Bank ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu 1486,74 manat borc və 34,87 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 36 saylı notariat ofisinin notariusu X2 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1078, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ünvan 3 ünvanında qeydiyyatda olan X1 ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3658 manat 30 qəpik, Borclu, X1 tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3683 manat 30 qəpik pul tutulması təklif olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-2288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 1167,84 (min yüz altmış yeddi manat səksən dörd qəpik) manat, faiz borcuna görə 221,64 (iki yüz iyirmi bir manat altmış dörd qəpik) manat, cərimə borcuna görə 97,26 (doxsan yeddi manat iyirmi altı qəpik) manat, cəmi 1486,74 (min dörd yüz səksən altı manat yetmiş dörd qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,87 (otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən 8i-4975 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən e-2(011)-2288/2025 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Borclu izahatında 8i-4975 saylı xx.xx.2024-cü il tarixli icra sənədi və e-2(011)-2288 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar, bildirişlər və icra sənədlərinin surətlərini həmin tarixdəəldə etdiyi qeyd edilmişdir. Göründüyü kimi, borcu icra sənədi üzrə öhdəliyini tam təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.2001-ci ildə anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar