Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-187/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-481/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək ərizəçinin - X4 iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 481/2024 saylı qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00-dək anası X3 iştirakı ilə görüş vaxtının müəyyən edilməsi qət edilmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-178/2025 saylı qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Cavabdeh 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00dək anası X4 iştirakı olmadan görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-773/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(011)-481/2024 saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Cavabdeh nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00dək uşağın anası X4 iştirakı ilə görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-6)-17/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 773/2025 nömrəli 11 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilmişdir, iş üzrə yeni qərardad qəbul edilərək, ərizəçi X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 481/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Hazırda X2 təkrar məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-481/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00dək ərizəçinin - X4 iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, işdən görünür ki, ilkin olaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-481/2024 saylı qətnaməsinə əsasən Cavabdeh nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00dək anası X3 iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Daha sonra görüşün qaydası dəyişdirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)- 178/2025 saylı qərardadına əsasən görüşlərin uşağın anası N.Qədimlinin iştirakı olmadan aparılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 773/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə görüşlərin ananın iştirakı ilə müəyyən edilməsi qərara alınsa da, həmin qərar apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Hazırda borclu N.Qədimli təkrar eyni ərizə ilə müraciət edərək görüşlərin onun iştirakı ilə aparılmasını xahiş edir. Həmin bu ərizə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-773/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının çıxarılması üçün əsas olmuşdur və həmin ərizə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-6)-17/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə təmin edilməmişdir. Borclu eyni tələblə təkrar müraciət etdiyindən, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında (X5, Cavabdeh), hazırki ərizə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-481/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, cavabdeh şəxs Cavabdeh (nənənin) onun (N.Qədimlinin) övladı 04 dekabr 2021-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək ərizəçinin - X4 iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin ərizə ilə həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə verməyə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №8(5-94)-187/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-187/2026
20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver