Məhkəmə qərarları › İş №8(5-94)-20/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-20/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-20/2026 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3 uştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3929/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3929/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. xx.xx.2025-ci il tarixində izahat verərək yaranmış 3760 manat aliment borcunu hissəvi şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Ceyhun Həmidov tərəfindən verilmiş təqdimata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu yaranmış 3760 manat məbləğində aliment borcunu tam şəkildə ödəmiş və ödəməyə davam etdiyi üçün təqdimat tam əsassızdır. İcra məmuru Ceyhun Həmidov ərizə ilə məhkəməyə müraciət edərək borclunun hazırda aliment borcu olmadığından təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkarın nümayəndəsi borcun ödənilməsi əsası ilə təqdimatın geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə aliment borcununun borclu tərəfindən ödənildiyini və icra məmurunun ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 231-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3929/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli Əsli ilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar