Məhkəmə qərarları › İş №8(5-94)-205/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-205/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-205/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2025-010 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu2 MMC-nin icra orqanının rəhbəri Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Kəbirə Məmmədlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəbirə Məmmədli təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu2 MMC-nin rəhbəri Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2025- 010 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 2024-cü ilin yanvar, fevral, mart və 21 aprel tarixinədək aylar üzrə 442 manat məbləğində aylıq əmək haqqı, verilməli olan əmək haqqının gecikdirilməsinə görə əmək haqqını 1%-i məbləğində ödənc və iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya Borclu2 MMC-dən tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2025-010 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 2024-cü ilin yanvar, fevral, mart və 21 aprel tarixinədək aylar üzrə 442 manat məbləğində aylıq əmək haqqı, verilməli olan əmək haqqının gecikdirilməsinə görə əmək haqqını 1%-i məbləğində ödənc və iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya Borclu2 MMC-dən tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmiş və tələbi icra etməyi xahiş edilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu1 Borclu2 MMC-nin baş direktorudur. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmənin mövqeyi: Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə, borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyatı təşkilatlara sorğular verilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, iş materialları ilə borclunun əmlakının aşkarlanmadığını, nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu2 MMC-nin icra orqanının rəhbəri xx.xx.1982-ci il təvəllüdlü Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar