Məhkəmə qərarları › İş №8(5-94)-228/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-228/2026

19.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-228/2026 19.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili X3, Borclunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclu “X6 Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Borclu “X6 Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(103)-305/2025 saylı qətnaməsinin “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən 100 000 (yüz min) manat məbləğində pulun tutulmasına dair hissəsinin icrasına möhlət verilməsi, həmin məbləğin 2 (iki) il müddətinə, yəni 24 (iyirmi dörd) ay ərzində mütənasib olaraq bölünməklə hissə-hissə ödənilməsi qaydasını müəyyən edilməsi və bu müddət ərzində borclunun maliyyə sabitliyinin qorunması məqsədilə borcluya münasibətdə məcburi icra tədbirlərinin, o cümlədən pul vəsaitlərinin tutulması, bank hesablarına yönəldilmiş məhdudiyyətlərin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması kimi tədbirlərin tətbiq edilməməsini müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2025-ci il tarixli, 2(103)-305/2025 saylı qətnaməsinə əsasən, “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən mərhum iddiaçı X1 prosessual hüquq varisi Tələbkar xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması qət edilmişdir. Bu barədə məhkəmə tərəfindən müvafiq icra vərəqəsi verilmişdir. İcra vərəqəsi icra edilməsi üçün aidiyyati üzrə Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ərizəyə etiraz edərək, əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, şirkətin kapitalı on milyonları əhatə edir, 2018-ci ildən 7-8 il olarki bu iş gedir, hələdə icra edilməyib, iş bir neçə dəfə ali məhkəməyə gedib, ekspertiza rəyi 600 000 manat gəlmişdi, məhkəmə ağlabatanlıq prinsipinə əsaslanaraq 100 000 manat müəyyən etdi, o da icra edilmir, vəkil qeyd edir ki, özü tərəfindən icraya 10 şriftlə 18 səhifə olan şirkətin əmlaklarının siyahısını təqdim etmişdir. Borclunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin edilməsi xahiş etdi və bildirdi ki, 100 000 manat böyük məbləğdir, şirkətin bu məbləği bir dəfəyə ödəməyə gücü çatmır, şirkətin 1500-dən çox işçisi var, onların əmək haqqlarını, icbari sığorta və digər vergi ödənişlərini də ödəməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra məmuru məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Göldə olmuş balıqların məhv olması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 (yüz min) manat məbləğində pul borclu “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum tələbkar X1 prosessual hüquq varisi Tələbkar ödənilməlidir, i iddia ərizəsinin və apelllyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının cəminin (134 manatın) yarısı, yəni 67 (altmış yeddi) manat borclu “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum iddiaçı X1 prosessual hüquq varisi Tələbkar ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 tərəfindən verilmiş və onun ölümündən sonra prosessual hüquq varisi Tələbkar tərəfindən müdafiə olunan apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın “göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində, iş üzrə qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli əlavə qətnamə isə tamamilə ləğv edilməsi, iddiaçı X2 tərəfindən cavabdeh “X6 Sanayi ve Ticaret” Anonim Şirkətinə qarşı irəli sürülmüş və onun ölümündən sonra prosessual hüquq varisi Tələbkar tərəfindən müdafiə olunan iddianın hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsində, yəni “göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində” iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin tələb qismən təmin edilməsi, göldə olmuş balıqların məhv olması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 (yüz min) manat məbləğində pul cavabdeh “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum iddiaçı X1 prosessual hüquq varisi Tələbkar ödənilməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə iddia təmin edilməsi, nəzərə alınsın ki, iddianın ‘‘gölün dağılması nəticəsinə iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsi”, həmçinin ‘‘gölün dağılması və göldə olan balıqların məhv olması səbəbindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi” hazırkı apellyasiya baxışının predmeti olmamışdır, iddia ərizəsinin və apelllyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının cəminin (134 manatın) yarısı, yəni 67 (altmış yeddi) manat cavabdeh “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum iddiaçı X1 prosessual hüquq varisi Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin (320 manat) ödənilməsi məqsədi ilə mərhum iddiaçı X1 prosessual hüquq varisi Tələbkar 160 (yüz altmış) manat və cavabdeh “X6 Sanayi ve Ticaret” Anonim Şirkətindən 160 (yüz altmış) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırda isə tələbkarın nümayəndəsi və vəkili icra sənədi üzrə tələb edilən pul vəsaitinin ödənilməsinə möhlət verilməsinə, habelə hissə-hissə ödənilməsinə etiraz etmişdir. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu “X6 Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar