Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-23/2026 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar və Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra sənədinin icrası təmin olunanadək Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılmas barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1734/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ümumi birgə əmlaka aid özgəninkiləşdirilmiş **-RB-*** dövlət nömrə nişanlı “Nissan Note” minik markalı avtomobilinin bazar dəyərinin ½ hissəsi olan 6.550 (altı min beş yüz əlli) manat pul məbləği cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Ümumi birgə əmlak təşkil edən 10.000 manat nağd pul vəsaitinin ½ hissəsi olan 5.000 (beş min) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Qiymətləndirici rəyinin tərtibatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat xərcin ½ hissəsi olan 150 (bir yüz əlli) manat pul vəsaiti və 38 (otuz səkkiz) manat dövlət rüsumu Borclu alınaraq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu izahat verərək, borcundan ödəniş etmədiyini, hazırda işləmədiyi üçün ödəniş edə bilmədiyini, borclu yalnız işləyəcəyi halda ödəyə biləcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Tələbkar məhkəmə iclasında təqdimatla razı olduğunu bildirərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu icra sənədi üzrə bugünədək heç bir ödəniş etməmişdir. Borclu məhkəmə iclasında izahatında bildirmişdir ki, icra sənədini icra etməkdən yayınmır, sadəcə tələbkara görə işdən çıxdığından hal-hazırda tələb edilən pul məbləğini ödəməyə maddi imkanı yoxdur. O, valideynlərinin himayəsində qalır və heç bir yerdə işləmir, hər ay yalnız 50-100 manat məbləğində olmaqla hissə-hissə ödəniş edə bilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1734/2025-014 nömrəli, xx.xx.2025-cü il tarixli qətnaməsinə əsasən ümumi birgə əmlaka aid özgəninkiləşdirilmiş **-RB-*** dövlət nömrə nişanlı “Nissan Note” minik markalı avtomobilinin bazar dəyərinin ½ hissəsi olan 6.550 (altı min beş yüz əlli) manat pul məbləğinin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi, ümumi birgə əmlak təşkil edən 10.000 manat nağd pul vəsaitinin ½ hissəsi olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi, qiymətləndirici rəyinin tərtibatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat xərcin ½ hissəsi olan 150 (bir yüz əlli) manat pul vəsaitinin və 38 (otuz səkkiz) manat dövlət rüsumunun Borclu alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən xx.xx.2025-ci il tarixində icraata başlama haqqında qərar qəbul edilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsində verdiyi yazılı izahatında işləmədiyinə görə icra sənədində qeyd olunmuş borcu ödəyə bilmədiyini, işləyəcəyi təqdirdə borcu ödəyəcəyini bildirmişdir. İşin qeyd edilən hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək tam icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsa“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqdimat təmin edilsin. xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №8(5-94)-23/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-23/2026
22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver