Məhkəmə qərarları › İş №8(5-94)-27/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(5-94)-27/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-94)-27/2026 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X5 qızının katibliyi Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şikayətçi "xxxx" MMC-nin Xətai rayon İcra və probasiya şöbəsinin 12 dekabr 2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə” qərarından vermiş olduğu şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ:

1. Şikayətçi "xxxx" MMC-nin Xətai rayon İcra şöbəsinin icra məmuru X1 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və icra sənədinin icra olunması üçün yenidən icraya göndərilməsi haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələbkar ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4669/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2023-cü il tarixli, 2515 nömrəli müqavilə üzrə qalıq ümumi borc üzrə olan 320 (üç yüz iyirmi) manat, 12 (on iki) manat cərimə borcu, 8 (səkkiz) manat xəbərdarlıq məktubu poçt qəbzi üçün ödənilmiş məbləğin və 30 (otuz) manat ödənilmiş məhkəmə rüsumu olmaqla cəmi 370 (üç yüz yetmiş) manat alınıb "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə e102481/2025-62-11 nömrəli icra işi Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatına verilmişdir. Daha sonra icra məmuru tərəfindən "İcra" haqqında Qanunun tələbləri yenidən pozularaq "icra sənədinin qaytarılması" barədə xx.xx.2025-ci il tarixli əsassız qərar qəbul edilmişdir. Şikayətçi hesab edir ki, icra məmurunun qərarı tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" MMC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub- olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlakın aşkar olmadığı ilə əsaslandırmışdır. Halbuki, icra qurumu tərəfindən cavabdeh barədə Azərbaycan Respublikasının hüdudlarından gediş gəlişin məhdudlaşdırılması, məcburi gətirilmə barədə heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi icra vərəqəsinin yenidən icraya yönəldilməsi labüddür. Məlumat üçün bildirirlər ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra sənədini vermiş məhkəməyə geri qaytarılması haqqında qərar "xxxx" MMC tərəfindən xx.xx.2026-cı il tarixində əldə olunmuşdur və qərarın qəbul edilməsi ilə bağlı İcra məmuru tərəfindən "xxxx" MMC-nə heç bir məlumat verilməmişdir. Tərəflərin izahatı:

3. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X4 öz izahatında ərizəyə uyğun çıxış edərək, şikayətinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, şikayətə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi.

6. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyindən icra sənədi Bakı şəhəri Xətai rayon Məhkəməsinə geri qaytarılmışdır.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 15.2.Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

8. İcra Haqqında Azərbaycan Respublikası Qanunu 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.2. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. 29.1. İcra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Buna görə də şikayət təmin edilməlidir.

10. Məhkəmə yuxarıda qeyd edilən halları və icra sənədində tələb edilən məbləği nəzərə alaraq hesab edir ki, şikayət əsaslıdır.

11. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən müvafiq icra tədbirləri görülsə də, qanunda nəzərdə tutulmuş digər məcburi icra tədbirləri icra məmuru tərəfindən görülməmiş və icra işi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi ilə məhkəməyə qaytarılmışdır.

12. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

1. Şikayət təmin edilsin.

2. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərar ləğv edilsin.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar