Məhkəmə qərarları › İş №8(5-95)-124/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(5-95)-124/2026

27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(5-95)-124/2026 27.02.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı (ərizəçi) Ərizəni verən şəxs iştirakı ilə, İddiaçı (ərizəçi) Ərizəni verən şəxs “qətnamənin izah edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı (ərizəçi) Ərizəni verən şəxs “qətnamənin izah edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsinin mahiyyəti və məzmunu barədə Xəzər rayon İcra şöbəsinə və ona izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası adından qəbul edilən 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qətnamə ilə iddia təmin edilərək, “xxxx” MMC ilə bağlanmış 2016-cı il # ###### tarixli əmək müqaviləsinə xitam verilmişdir. Həmin qətnamə ilə bağlı verilmiş icra vərəqəsi üzrə icraata Bakı Şəhəri Xəzər Rayon İcra şöbəsinin 2025-ci il ## ######## tarixli qərarı ilə başlanılsa da, icra sənədi bu günədək təmin edilməmişdir. Belə ki, əmək müqaviləsinin formal xarakter daşıdığı, cavabdehin hüquqi və faktiki ünvanında olmadığı, fəaliyyət göstərmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi halda əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsinin icra şöbəsi tərəfindən tələb edilməsi, cavabdehə könüllü icra üçün müddət verilməsi formal prosessual hərəkətlər kimi qiymətləndirilir. Cavabdeh şirkətin təsisçisi və direktoru Azərbaycan Respublikasında olmadığına görə bunun könüllü və ya qeyri-könüllü icrasının təmin edilməsi mümkün olmadığından əmək müqaviləsi bildirişinin elektron sistemdən silinməsi məqsədilə həmin məhkəmə qətnaməsinin aidiyyəti üzrə müvafiq dövlət orqan(lar)ına və ya qurumuna göndərilməsini xahiş edirəm. Hesab edirəm ki, məhkəmə qərarı ilə hüquqları qətiləşmiş və ya hüquqlarına xitam verilmiş şəxslər həmin aktı aidiyyəti dövlət orqanlarına təqdim edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsasların dövlət orqanında qeydiyyata alınmasını və ya qeydiyyatın ləğv edilməsini tələb edə bilərlər. Həmçinin bildirirəm ki, məhkəmə sənədini şəxsən təqdim edəcəyim halda dövlət orqanı tərəfindən qeydiyyatın silinməsindən imtina edilməsi yeni inzibati məhkəmə mübahisəsinə yol açacağından məhkəmə və icra şöbəsi tərəfindən süründürməçiliyə yol verilmədən hazırkı icraat çərçivəsində tələbimin təmin olunması barədə qətnamənin icra edilməsi vacibdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (ərizəçi) Ərizəni verən şəxs ərizənin mahiyyətinə uyğun izahat verərək, cavabdeh təşkilatın olmaması səbəbindən onun əmək müqaviləsinin məhkəmə tərəfindən ləğv edildiyini, lakin qətnamənin bugünədək icra edilməməsi səbəbindən bunun heç bir işə yaramadığını, elektron sistemə nəzarəti həyata keçirən orqanın daə qətnamədə ona heç bir vəzifə həvalə edilmədiyi üçün ləğv edilmiş əmək müqaviləsini sistemdən çıxarmadığını, ona görə bu günə qədər qətnamənin formal xarakter daşıdığını, bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur qaldığını bildirərək, bununla bağlı qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, *(***)-****/**** saylı mülki işin materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Ərizəni verən şəxs cavabdeh “xxxx” MMC ilə aralarında bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini, o cümlədən “Əmək müqaviləsi bildirişi” alt sistemində bu barədə qeydlərin aparılmasından ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qətnamənin göndərilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC 2017-ci ildı faktiki olaraq fəaliyyətini dayandırmış, şifahi razılaşma ilə əmək münasibətləri faktiki şəkildə başa çatmış, lakin həmin müqaviləyə hüquqi baxımdan xitam verilməmiş və müqavilə bugünədək sistemdə qalmaqdadır. Hazırda başqa iş yerinə rəsmi şəkildə qəbul olunmağı üçün əmək müqaviləsinə xitam verilməsinə ehtiyac var, ancaq cavabdeh uzun müddətdir fəaliyyət göstərmədiyindən bu mümkün olmur. Ona görə də əmək müqaviləsinə xitam verilməsi və “əmək müqaviləsi bildirişi” alt sistemindən müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçı Ərizəni verən şəxs “xxxx” MMC ilə bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Xəzər rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” Qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu “xxxx” MMC-yə 10 gün müddətində icranı könüllü olaraq icra etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Xəzər rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd olunur ki, Xəzər Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli iş üzrə ##.##.2025-ci il tarixdə verilmiş icra sənədinə əsasən tələbkar Ərizəni verən şəxs “xxxx” MMC ilə bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməslidir. İcra sənədi ##.##.2025-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi hazırda icraatdadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin “məhkəmənin mövqeyi” hissəsində məhkəmə qeyd etmişdir ki, “Həmçinin, “əmək müqaviləsi bildirişi” sisteminin aparılması Qaydalarına əsasən, əmək müqaviləsinə xitam verildikdə bu barədə qeyd sistemdə işəgötürən tərəfindən daxil edilməlidir. Lakin cavabdeh MMC faktiki olaraq fəaliyyət göstərmədiyindən bu prosedur icra edilmir və iddiaçının əmək hüquqlarını reallaşdırmaq imkanları əngəllənir. Əmək münasibbətlərinin faktiki olaraq başa çatması və işəgötürənin hüquqi və fiziki olaraq mövcudluğunun olmaması şəraitində əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi, əmək hüquqlarının təmin olunması baxımından prosessual hüquqi zərurət kimi qiymətləndirilməlidir. Yuxarıda sadalanan hallar, hüquqi əsaslar və mövcud praktiki vəziyyət nəzərə alınaraq, iddiaçının iddiasının təmin olunması və əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsi mqəsədəuyğun və hüquqi cəhətdən əsaslandırılmış hesab olunur. Bu qərar “Əmək müqaviləsi bildirişi” sisteminə müvafiq qeydiyyatın aparılmasına əsas verəcək və iddiaçının əmək hüquqlarından tam istifadə etməsinə imkan yaradacaqdır.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikasınıb Əmək Məcəlləsinin “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan” adlı 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsinə əsasən, bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ##### 1999-cu il tarixli Fərmanına əsasən, Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı hissələrində nəzərdə tutulan səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir. Məhkəmə qeyd edir ki, *(***)-****/**** saylı mülki işin materiallarından görünür ki, həmin iş üzrə iddia tələbi iddiaçı Ərizəni verən şəxs ilə cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi və həmin qətnamənin “Əmək müqaviləsi bildirişi” alt sistemində bu barədə qeydlərin aparılmasından ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi ilə bağlı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi tam təmin edilmiş və iddiaçı Ərizəni verən şəxs “xxxx” MMC ilə bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Bununla yanaşı, qətnamənin nəticə hissəsində qeyd edilməsə də, məhkəmənin mövqeyi hissəsində məhkəmə hüquqi mövqeyini belə ifadə etmişdir ki, ““əmək müqaviləsi bildirişi” sisteminin aparılması Qaydalarına əsasən, əmək müqaviləsinə xitam verildikdə bu barədə qeyd sistemdə işəgötürən tərəfindən daxil edilməlidir. Lakin cavabdeh MMC (işəgötürən) faktiki olaraq fəaliyyət göstərmədiyindən bu prosedur icra edilmir və iddiaçının əmək hüquqlarını reallaşdırmaq imkanları əngəllənir. Əmək münasibətlərinin faktiki olaraq başa çatması və işəgötürənin hüquqi və fiziki olaraq mövcudluğunun olmaması şəraitində əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi, əmək hüquqlarının təmin olunması baxımından prosessual hüquqi zərurət kimi qiymətləndirilməlidir. .... Bu qərar “Əmək müqaviləsi bildirişi” sisteminə müvafiq qeydiyyatın aparılmasına əsas verəcək və iddiaçının əmək hüquqlarından tam istifadə etməsinə imkan yaradacaqdır.” Göründüyü kimi, sözügedən mülki iş üzrə məhkəmə əmək müqaviləsinə xitam verildiyi təqdirdə bu barədə qeydin elektron sistemə işəgötürən tərəfindən daxil edilməli olduğunu, lakin hazırki işəgötürənin hüquqi və fiziki olaraq mövcud olmadığı, onun faktiki olaraq fəaliyyət göstərmədiyini qeyd edərək, bu qətnamənin “Əmək müqaviləsi bildirişi” sisteminə müvafiq qeydiyyatın aparılmasına əsas verəcəyi qənaətinə gəlmişdir. Beləliklə, mövcud olmayan işəgötürənin məhkəmə qətnaməsini icra etməsi, yəni xitam edilmiş əmək müqaviləsini sistemdən silməsi (sistemə müvafiq qeyd daxil etməsi) də mümkün deyildir. Belə olan halda, məhkəmə tərəfindən xitam edilmiş (qüvvədən salınmış) əmək müqaviləsinin “əmək müqaviləsi bildirişi” sistemindən silinməsi hüququ qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş hüququn məhkəmə tərəfindən yenidən həmin quruma həvalə edilməsinə isə zərurət yoxdur. Bu səbəbdən sözügedən məhkəmə qətnaməsində məhkəmənin ifadə etdiyi hüquqi mövqeyə əsasən, hazırki qətnamə “Əmək müqaviləsi bildirişi” sisteminə müvafiq qeydiyyatın aparılması üçün əsasdır və bu baxımdan bu qeydiyyat da məhz qanunvericiliklə səlahiyyət verilmiş müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı Ərizəni verən şəxs “xxxx” MMC ilə bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) göstərişin qeyd edilib-edilməməsindən asılı olmayaraq, həmin icra sənədindən irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar icra məmurunun qanuni tələbi olmaqla həmin orqanın borcudur. Əks yanaşma isə Azərbaycan Respublikası Konsitusiyasının 129-cu maddəsində təsbit olunmuş məhkəmə qərarlarının məcburiliyinə dair konstitusion prinsipin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə icra sənədinin icrası ilə bağlı yaranmış halı, həmin halın icra sənədinin icra edilməməsi ilə nəticələnməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi (Ərizəni verən şəxs “xxxx” MMC ilə bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə) üzrə “Əmək müqaviləsi bildirişi” sistemində müvafiq qeydiyyatın aparılmasının qanunvericiliyə əsasən buna məsul olan müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilməli olmasına dair izah verilməlidir. MPM-in 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı (ərizəçi) Ərizəni verən şəxs “qətnamənin izah edilməsi” barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən verilmiş (Ərizəni verən şəxs “xxxx” MMC ilə bağlanmış ##.##.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə) icra sənədi üzrə “Əmək müqaviləsi bildirişi” sistemində müvafiq qeydiyyatın aparılmasının qanunvericiliyə əsasən buna məsul olan müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar