Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-95)-126/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Tələbkar ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Şuşa Rayon Məhkəməsi tərəfindən verilmiş 2(077)-16/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə İcra sənədi üzrə Borclu 13517,16 manat əsas borc, 1085,88 manat faiz borcu, 131,29 manat cərimə borcu olmaqla, cəmi 14734,33 (on dörd min yeddi yüz otuz dörd manat 33 qəpik) manat borc və ödənilmiş 134,20 (bir yüz otuz dörd manat 20 qəpik) dövlət rüsumu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulsun.Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X6 izahatında borclunun maşın alveri ilə məşğul olduğunu, bununla bağlı mütəmadi olaraq Dubaya gedib-gəldiyini, borclunun axırıncı ödənişi 2025-ci ilin aprel ayında həyata keçirdiyini, borclu tərəfindən hazırkı dövrədək 7730 mnaat məbləğində ödəniş həyata keçirildiyini, borclunun ara-sıra ödənişlər həyata keçirdiyini, lakin borcunu tam ödəmədiyini, borclu barəsində icra məmuru tərəfindən 2025-ci il müddəti ərzindən hər hansı icra tədbirinin həyata keçirilmədiyini bildirmişdir. Borclu və təqdimatı verən orqan Xəzər rayon İcra Şöbəsinə təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Şuşa Rayon Məhkəməsinin e-2(077)-16/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli, 9270722- 100904202L saylı kredit limiti razılaşmasına əsasən 13517,16 manat əsas borc, 1085,88 manat faiz borcu, 131,29 manat cərimə borcu olmaqla, cəmi 14734,33 (on dörd min yeddi yüz otuz dörd manat 33 qəpik) manat borc və ödənilmiş 134,20 (bir yüz otuz dörd manat 20 qəpik) dövlət rüsumu iddiaçı "Bank Respublika” ASC-nin xeyrinə tutulması qət edilmişdir. - İcra sənəndinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 66679/2024 nömrəli məktubdan görünür ki, Şuşa Rayon Məhkəməsinin e-2(077)-16/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi icraata başlanılmadan Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. - 34/08 nömrəli arayışdan görünür ki, Borclu Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Qaranquş” sanatoriyasında müvəqqəti məskunlaşmışdır. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqqında qərardan görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, 3410/21F nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməyəcəyi təqdirdə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməli olacağı barədə Borclu xəbərdarlıq edilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə borclu tərəfindən imzalanmaqla əldə edilmişdir. - 30.08.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1996-cı il təvəllüdlü Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Qaranquş” sanatoriyası düşərgəsi ünvanında yaşayan Borclu barəsində axtarış elan edilmişdir. - 30.08.2024-cü il tarixli borclunun axtarılması barədə məktubdan görünür ki, Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərara icra olunması üçün Bakı şəhər Xəzər rayon Polis İdarəsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli borclunun Xəzər rayon İcra Şöbəsindəki izahatından görünür ki, Borclu Şuşa Rayon Məhkəməsinin 2(077)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən xəbərdardar olsa da, maddi imkanının olmaması və başqa borclarının olması səbəbilə icra ilə bağlı ödəniş etmədiyini, 1 avqust ayından bankla qarşılıqlı razılığa gəldiyini, icra sənədi üzrə indiyədək 6734.33 manat məbləğində ödəniş həyata keçirdiyini bidlirmişdir. O. həmçinin tam ödəniş etmək imkanı olmadığı üçün hər ay 550 manat ödəniş edə biləcəyini bildirmişdir. Borclunun adına daşınar və daşınmaz əmlak mövcud deyil. - xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Borclu Şuşa Rayon Məhkəməsinin 2(077)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə hər ay 700 manat ödəniş edə biləcəyi barədə iltizam yazmış və öz imzası ilə təsdiq etmişdir. - Borclu adına olan hesabdan çıxarışdan görünür ki, Borclu mövcud kredit borcu üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə mövcud kredit borcu ilə bağlı 500 manat həcmində ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə görə, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X8 (X10) şikayəti üzrə” 26 may 2017-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 28-ci maddəsinə təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (“Battista İtaliyaya qarşı” iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; “Stamose Bolqarıstana qarşı” iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; “Bartik Rusiyaya qarşı” iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar) “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qeyd olunan qanunvericilik normalarının və hüquqi mövqelərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, sərbəst hərəkət etmək şəxsin konstitusiya hüquqlarından olmaqla həmin hüququn məhdudlaşdırılması yalnız qeyd olunan müvafiq hədlər çərçivəsində və şərtlərlə mümkündür. Əks təqdirdə bu hüququn məhdudlaşdırılması şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Təqdimatda məhdudlaşdırmanın tətbiq edilməsi üçün əsas kimi borclunun icra sənədi üzrə borcunu tam icra etməməsi qeyd olunmuşdur. Halbuki qanunvericiliyin tələbinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Eləcə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Lakin iş materiallarında mövcud olan sənədlərdən görünür ki, borclu barəsində icra məmuru tərəfindən görülən icra tədbirləri 2024-cü il ərzində həyata keçirilmiş və təxminən 2 ilə yaxın vaxt ərzində hər hansı bir icra tədbiri həyata keçirilməmişdir. İcra məmuru tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl 2025-ci il ərzində icra sənədinin icra edilməməsi səbəbinin müəyyənləşdirilməsini və onun icrası üçün qeyd olunan tədbirlərin görülməsini, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini təsdiq edən heç bir dəlil göstərilməmiş və bununla bağlı sübut təqdim edilməmişdir. Habelə qeyd olunmalıdır ki, 2025-ci il ərzində hər hansı məcburi icra tədbirləri həyata keçirilməsə də, Borclu tərəfindən müəyyən dövr ərzində ödənişlər həyata keçirilmişdir. Habelə "Elektron məhkəmə" İnformasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə nümayəndə vəzifəsində işləyir və aylıq əmək haqqı 669.71 manat təşkil edir. Belə olan halda icra tədbiri çərçivəsində tələbin borclunun əmək haqqına yönəldilməsi imkanının olub-olmamasına da icra məmuru tərəfindən qiymət verilməmişdir. Həmçinin, iş materiallarında olan izahatdan və iltizamdan da görünür ki, borclu icra sənədləri üzrə borcunun ödənilməsinə etiraz etmir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas müəyyən edilmir və əksinə, təqdimatın təmin edilməsi şəxsin konstitusiya hüququ olan azadlıq hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də təqdimat təmin edilməməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №8(5-95)-126/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(5-95)-126/2026
26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver