Məhkəmə qərarları › İş №8(5-95)-25/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(5-95)-25/2026

29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-95)-25/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 Borclu məxsus daşınar əmlakın (avtomobilin) üzərindən həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 “Daşınar (avtomobil) əmlak üzərindən həbsin götürülməsi haqqında” təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Ford Fusion” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)- 4217/2022- 006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, İcra sənədi üzrə Borclu 3 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir.Tələb Şahbuz rayon icra və probasiya şöbəsinin təqdimatı əsasında Şahbuz rayon Məhkəməsinin 8(090)-26/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 məxsus "Ford Fusion "miinik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomoblin üzərinə həbs qoyulmuşdur. Daha sonra tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən sözügedən icra sənədi üzrəheç bir aliment borcun və şikayətinin olmadığını, həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsini xahiş etmişdir.Bu səbəbdən də yuxarıda qeyd olunmuş daşınar əmlakın üzərindən qoyulmuş həbsin götürülməsi zərürəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icraat iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2022- 006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, İddianın təmin edilməsi; Borclu 3 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. - Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(090)-26/2025 saylı qərardadından görünür ki, təqdimatın təmin olunaraq, Borclu məxsus “Ford Fusion” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Tələbkar xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Borclu alimentlə bağlı borclarını vaxtlı-vaxtında ödəyir və onun hazırda borcu yoxdur. Bu səbəbdən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin araşdırılmış hallarından görünür ki, borcluya məxsus əmlakın üzərinə həbsin qoyulmasına əsas olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb Borclu tərəfindən yerinə yetirilir və Tələbkar Kamla qızı əmlak üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əmlak üzərinə həbs qoyulmasının məqsədi tələbin icrasını təmin etmək olduğundan və hazırda borclu tərəfindən tələb (icra sənədi) icra edildiyindən, məcburi icra hərəkətinin edilməsinə ehtiyac qalmamış, o cümlədən borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına olan zərurət də ortadan qalxmışdır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Təqdimat təmin edilsin. Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(090)-26/2025 saylı qərardadı ilə Borclu məxsus “Ford Fusion” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar