Məhkəmə qərarları › İş №8(5-96)-100/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-100/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-100/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-427/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədlinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədli təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, X4 ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 975 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından olan 30 avqust 2014-cü il təvəllüdlü X5 və 28 iyul 2019-cu il təvəllüdlü X3 boşanmadan sonra anası X1 yanında qalması, cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşağa görə 220 manat, iki uşağın saxlanılması üçün 440 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməsi, qalan hissədə iddia təmin edilməməsi, iddianın alimentlə bağlı təmin edilmiş hissəsinə münasib olaraq cavabdeh Borclu 72.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçı X2 aid edilməsi, qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində göstərilən tələbin könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və tələbkara məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkar və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, X4 ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 975 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından olan 30 avqust 2014-cü il təvəllüdlü X5 və 28 iyul 2019-cu il təvəllüdlü X3 anası X1 yanında qalması, cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay bir uşağa görə 220 manat, iki uşağın saxlanılması üçün 440 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iddianın alimentlə bağlı təmin edilmiş hissəsinə münasib olaraq cavabdeh Borclu 72.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçı X2 aid edilməsi, qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin qətnamə üzrə təqdim edilmiş icra vərəqəsinin icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar