Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-105/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3327/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan "X6 1844LS Yük" minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3327/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular X3 və Borclu müştərək qaydada iddiaçı Tələbkar Bank olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə əsas borcun məbləği 2902.58 manat, faiz borcu 281.46 manat, hesablanmış cərimə məbləği 15 AZN olmaqla, cəmi 3199.04 manat və ödənilmiş 51.99 manat dövlət rüsumu tutulmalıdır.
3. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.
4. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 və Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.
5. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.
6. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "X6 1844LS Yük" minik markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.
7. Borclu məxsus olan "X6 1844LS Yük" minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində xx.xx.2026-cı il tarixli həbs qərarı qəbul edilərək icra olunması üçün AR DİN BDYPİ-yə göndərilmişdir.
8. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan "X6 1844LS Yük" minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Tərəflərin izahatı: Məhkəmə iclasnda iştirak edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Əhmədzadə təqdimatı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Həmçinin ölkədən çıxma barədə təqdimat verilməsini, tələbin ilk olaraq pula və ya əmlaka yönəldilməsi barədə hər hansı bir qadağa olmadığını, borclunun pul hesabları barədə dəqiq məlumat olmadığı üçün tələbin əmlaka yönəldildiyini, borcluların tələbin əmlaka yönəlməsi barədə məlumatlarının olmasını, avtomobilə artıq həbs qoyulmasını, yeni qaydaya əsasən icra məmurunun təqdimat verməzdən əvvəl öz qərarı ilə maşına həbs qoya bildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3327/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu və X2 müştərək qaydada əsas borcun məbləği 2902.58 manat, faiz borcu 281.46 manat, hesablanmış cərimə məbləği 15 olmaqla cəmi 3199.04 manat və ödənilmiş 51.99 manat dövlət rüsumu tutularaq Tələbkar BOKT MMCnin hesabına ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu göndərilmişdir. “Elektron İcra” informasiya sistemindən çıxarışın surətindən məlum olur ki, "X6 1844LS Yük" minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsi tərəfindən Borclu göndərilmiş bildirişdə icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmək xahiş olunmuşdur. Açıq internet resurslarından müəyyən edilir ki, üzərinə həbs qoyulması barədə təqdimat təqdim edilən borcluya məxsus 2009-cu il istehsalı olan "X6 1844LS Yük" minik markalı avtomobilin dəyəri təxminən 170.000 AZN civarındadır, 2007-ci il istehsalı olan “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təxmini dəyəri 11450 evro civarındadır. İcra işi materiallarından məlum olur ki: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3327/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu və X2 müştərək qaydada əsas borcun məbləği 2902.58 manat, faiz borcu 281.46 manat, hesablanmış cərimə məbləği 15 olmaqla cəmi 3199.04 manat və ödənilmiş 51.99 manat dövlət rüsumu tutularaq Tələbkar BOKT MMCnin hesabına ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə xx.xx.2025-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. 24 noyabr 2025-ci il tarixli borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlərin nəticə verməməsi barədə aktdan məlum olur ki, Borclu icra sənədi üzrə qeydiyyat ünvanında aşkar etmək mümkün olmamışdır. Tərəbkar Tələbkar BOKT MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon İcra Şöbəsinə borcluların məcburi qaydada icra şöbəsinə gətirilməsi və barələrində inzibati xəta haqqında protokol tərtib edilməsi xahiş edilmişdir. Bu səbəbdən 04.12.25-ci il tarixində borclu barəsində axtarış elan olunmasına dair qərar qəbul etmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə tərəfindən xx.xx.2025-ci il tarixdə Borclu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq elan olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 8(002)-597/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qaradağ rayon İcra şöbəsinin icra məmuru tərəfindən Borclu adına qeydiyyatda olan ""X6 1844LS Yük" minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə xx.xx.2026cı ildə həbs qoyulmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 6.1-ci maddəsinə görə, aşağıdakılar icra sənədləri sayılır: Azərbaycan Respublikası məhkəmələrinin qərarları; Qanunun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Qanunun 50.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. MPM-in 231.3-1-ci maddəsinə görə, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. MPM-in 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məcəllənin 231.4-cü madddəsinə görə, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Hazırkı təqdimata əlavə edilmiş sənədlərdən, eləcə də tələb edilərək öyrənilmiş icra işi materiallarından müəyyən edilmişdir ki, borclu icra sənədinin icrasından yayındığından, onun barəsində axtarış, ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi bir sıra məcburi icra tədbirləri görülmüşdür. Açıq internet resurslarına əsasən təqdimatda üzərinə həbs qoyulması xahiş edilən borcluya məxsus 2009-cu il istehsalı olan "X6 1844LS Yük" minik markalı avtomobilin dəyərinin təxminən 170.000 AZN, 2007-ci il istehsalı olan “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təxmini dəyərinin 11450 evro civarında olması müəyyən edilmişdir. Məhkəmə icra sənədi üzrə tutulmalı borcun miqdarının 3199.04 manat olmasını nəzərə alaraq hesab edir ki, borclunun hər iki nəqliyyat vasitəsinə həbs qoyulması barədə təqdimatın təmin edilməsi borclunun tələbkara olan 3199.04 manat məbləğindəki borcuna mütənasib deyildir. Odur ki, təqdimat qismən təmin edilməli, borcluya məxsus “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu madəsinə görə, Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35). Nəticə: Beləliklə, Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı təqdimat qismən təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri olaraq Borclu məxsus olan 2007-ci il istehsal ili, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3327/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus 2007-ci il istehsal ili, “Meierling MSK 24 Yarımqoşqu” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Məmmədova