Məhkəmə qərarları › İş №8(5-96)-142/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-142/2026

16.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-142/2026 16.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Qaradağ rayon icra şöbəsinin icra məmurunun təqdimatına Qaradağ Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 8(002)- 441/2025-004 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1177/2018 saylı xx.xx.2018- ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 1,18 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, İcra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Tələbkar məhkəmə iclasında iştirak edərək təqdimatın təmin olunmasını xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olsa da gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə ki, təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 8(002)-441/2025-004 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən icra işinə başlanılmışdır. Həmin tarixli tələbin könüllü icrasına dair xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, borcluya həmin icra işi üzrə tələbin 10 gün ərzində icra edilməsi təklif edilmiş və tərəflərə göndərilmişdir. Qeyd olunan qətnamə icra edilməsi üçün Qaradağ Rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra-icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu onun barəsində olan icra işindən məlumatlı olmasına baxmayaraq, icradan yayındığı üçün təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 8(002)-441/2025- 004 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar