Məhkəmə qərarları › İş №8(5-96)-20/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-20/2026

11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-20/2026 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5103/2025-028 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5103/2025-028 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1991-ci il buraxılış ili olan **-CK-*** dövlət qeydiyyat nişanlı “DAF avtobus” markalı nəqliyyat vasitəsinin cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar geri qaytarılması, avtomobil olmadığı təqdirdə avtomobilin əvəzi olaraq 24000 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumu Borclu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5103/2025- 028 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1991-ci il buraxılış ili olan **-CK- *** dövlət qeydiyyat nişanlı “DAF avtobus” markalı nəqliyyat vasitəsi cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar geri qaytarılsın, avtomobil olmadığı təqdirdə avtomobilin əvəzi olaraq 24000 manat məbləğində pul vəsait Borclu alınaraq iddiaçı Tələbkar ödənilməli, iddiaçı Tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Borclu alınaraq iddiaçı Tələbkar ödənilməli, 62 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində göstərilən tələbin könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və tələbkara məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın, borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-5103/2025-028 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1991-ci il buraxılış ili olan **-CK-*** dövlət qeydiyyat nişanlı DAF avtobus markalı nəqliyyat vasitəsinin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar geri qaytarılması, avtomobil olmadığı təqdirdə avtomobilin əvəzi olaraq 24000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5103/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)- 5103/2025 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin qətnamə üzrə təqdim edilmiş icra vərəqəsinin icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar