Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-22/2026 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 4632/2025 saylı icra sənədinə əsasən Borclu icra yerinə məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 4632/2025 saylı icra sənədinə əsasən Borclu 08 mart 2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 564 manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar hesabına ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədi üzrə Borclu icra yerinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(002)-4632/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 08 mart 2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 564 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonar icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2025-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. Bu səbəbdən, məhkəmədən Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Təqdimata baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(002)-4632/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 08 mart 2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 564 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar hesabına ödənilməlidir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixdə icra məmurunun (böyük icra məmuru Səbuhi Əhmədzadənin) icraatına qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra olunması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, Borclu icra sənədinin icra edilməsi ilə bağlı icra şöbəsinə gəlməsi tələb olunsa da, o, könüllü şəkildə icra şöbəsinə gəlmir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(002)-4632/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməli, Borclu məcburi qaydada Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(002)-4632/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilsin. Borclu məcburi qaydada Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə gətirilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(5-96)-22/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-22/2026
27.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver