Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-47/2026 03.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, Yuxarı Abdürrəhmanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin dərhal icra olunması tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir.
İştirak edən şəxslərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul edərək bildirdi ki, sonuncu dəfə borcundan iki dəfə 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat ödəniş etmişdir. Hal-hazırda ticarətlə məşğuldur. Gəliri aprel ayından sonra artacaq və iyul ayına kimi borcunu tam olaraq bağlayacaqdır. Ölkə xaricinə çıxmaq fikri olmadığı üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına heç bir etirazı yoxdur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən hazırkı işə tələbkarın və icra məmurunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin e-2(064)-845/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu Tələbkar Vəlyəddin oğlunun xeyrinə 18640 manat və dövlət rüsumu olaraq 145,92 manat pul vəsaiti tutulmalıdır.
6. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında həmin tarixli e148483/2025-63-2 saylı bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
7. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumataxtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir
Məhkəmənin mövqeyi:
9. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Füzuli Rayon Məhkəməsinin e- 2(064)-845/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclunun 18785,92 manat ödənilməli borcu mövcuddur. Həmin borcun ödənilmədiyi təqdirdə icra məmuru tərəfindən qanunamüvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağı və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə borclu xəbərdar edilmiş, bu barədə izahatını öz imzası ilə təsdiq etmişdir. Borclunun hazırkı təqdimata heç bir etirazının olmadığını və mövcud borcun xeyli müddətdir icra olunmadığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263- 269-cu maddələrini rəhbər tutub, məhkəmə
QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, Yuxarı Abdürrəhmanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Maxsudova