Məhkəmə qərarları › İş №8(5-96)-50/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-50/2026

28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-50/2026 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, İsgəndərova Zöhrə Ədalət qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3867/2024 saylı xx.xx.2024-ci il tarixli icra sənədi ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD” minik markalı, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3867/2024 saylı xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Borclu 1700.17 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllu icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD” minik markalı, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD” minik markalı, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Borclu məhkəmə iclasında iştirak edərək borcu qəbul etdiyini və borcdan 400 manat ödəniş olunduğunu bildirdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olsa da gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD” minik markalı, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD” minik markalı, **-QR-*** dövlət qeydiyyat nişanlı avtomobil özgəninkiləşdirilməsi qadağan olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus olan “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİD” minik markalı, **- QR-*** dövlət qeydiyyat nişanlı avtomobil özgəninkiləşdirilməsi qadağan olunsun. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar