Məhkəmə qərarları › İş №8(5-96)-63/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-63/2026

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-63/2026 03.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakı ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədlinin daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1832/2024 saylı xx.xx.2024cü il tarixli məhkəmə qətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixli BPM**********28 nömrəli kart çərçivə müqaviləsi üzrə nağd kredit üzrə 8325,78 manat əsas borc, vəfat etdiyi tarixə 9,25 manat faiz olmaqla, cəmi 8335,03 manat pul vəsaiti; xx.xx.2019-cu il tarixli BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4035,58 manat əsas borc, vəfat etdiyi tarixə 0,01 manat faiz olmaqla, cəmi 4035,59 manat pul vəsaiti və ödənilmiş 163,72 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqının cavabdehlər X2 (qanuni nümayəndəsi Borclu2), X1, Borclu1 və Borclu2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

2. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu1 məxsus olan “Mercedes Benz E320” minik markalı “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra məktubla təqdimata düzəliş edərək avtomobilin Borclu2 məxsus olmasının nəzərə alınması xahiş edilmişdir.

3. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1, Borclu2 və X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədikləri üçün onların əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə sorğular edilmiş və bəlli olmuşdur ki, Borclu2 mülkiyyətində olan “Mercedes Benz E320” minik markalı “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir.

İştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən icra məmuru təqdimatı müdafiə edərək bildirdi ki, borclulara tələbin könüllü icrası ilə bağlı elektron qaydada sms bildirişlər göndərilir. Lakin məlumatlı olmalarına və barələrində müxtəlif icra tədbirləri həyata keçirilməsinə baxmayaraq məhkəmə aktının icrasından yayınmışlar. Ona görə də hazırkı halda təqdimatla məhkəməyə müraciət etmişdir.

5. Borclular və tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən hazırkı işə tələbkarın və borcluların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İş materiallarında olan elektron qaydada əldə edilmiş çıxarışdan görünür ki, Borclu2 adına “Mercedes Benz E320” minik markalı “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda vardır.

7. İşdə olan xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarla borclu barəsində icra üzrə icraat başlanılmış və icra sənədinin könüllü icrası barədə bildiriş göndərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

8. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə araşdırması nəticəsində sorğu ilə əldə edilmiş icra işindən, habelə elektron məhkəmə informasiya sistemində yaradılan şəxsə məxsus icra işləri bölməsindən müəyyən edilmişdir ki, borcluların tələbkar Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməmiş 8335,03 və 4035,59 manat borcu mövcuddur. İcra işinə nəzər saldıqda görünür ki, icra orqanı tərəfindən borclular barəsində əldə edilmiş “elektron icra” informasiya sistemindən çıxarışda Borclu2 adına “Mercedes Benz E320” minik markalı, “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alındığı müəyyən olunur. Qanunvericiliyin də tələbi budur ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, borcun ödənilməsinin, yəni, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1832/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə aktının icrasının təmin edilməsi üçün borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1832/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu2 məxsus Mercedes Benz E320” minik markalı, “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar