Məhkəmə qərarları › İş №8(5-96)-92/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(5-96)-92/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-96)-92/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2687/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair Tələbkar ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2687/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir.

2. Tələbkar 11 fevral 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2687/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə tutulan alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 2026-cı ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

İştirak edən şəxslərin izahatları:

3. Tələbkar məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, borclu sonuncu dəfə 2025-ci ilin dekabr ayında ödəniş etmişdir, həmin tarixdən etibarən ödəniş etmir. Borclunun aliment ödənişlərini həyata keçirməsini və ərizəsinin təmin olunmasını xahiş edir.

4. Borclu məhkəmə iclasında iştirak edərək bildirdi ki, hazırda işsizdir, bir aydan çoxdur ki, işləmir və aliment ödənişlərini hissə-hissə ödəyəcək. O ərizənin məzmunu ilə tanışdır, heç bir etirazı yoxdur.

Tədqiq olunan sübutlar:

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2687/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə Borclu Cahangir oğlu arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X6 bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı X3 himayəsində və yanında saxlanılmış, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimet tutularaq iddiaçı X3 xeyrinə ödənilmişdir. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 110.2-ci maddə: Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

7. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: - 232.1-ci maddə: Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

8. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. 8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

9. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği – 2006-cı ilin oktyabrından - 30 AZN; 2007-ci ilin fevralından - 50 AZN; 2008-ci ilin yanvarından - 60 AZN; 2008-ci ilin avqustundan - 75 AZN; 2010-cu ilin sentyabrından - 85 AZN; 2011-ci ilin dekabrından - 93,50 AZN; 2013-cü ilin sentyabrından - 105 AZN; 2017-ci ilin yanvarından - 116 AZN; 2018-ci ilin yanvarından - 130 AZN; 2019-cu ilin martından - 180 AZN; 2019-cu ilin sentyabrından - 250 AZN; 2022-ci il yanvarın 1-dən - 300 AZN; 2023-cü il yanvarın 1-dən - 345 AZN; 2025-ci il yanvarın 1-dən - 400 AZN təşkil edir.

10. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu 1.0.2-ci maddə: Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Məhkəmənin mövqeyi:

11. Beləliklə, hazırkı iş materiallarından da göründüyü kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2687/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borcludan xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir.

12. Odur ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd etdiyi mövqeyinə əsasən 2024-cü il üzrə məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin 235 manat, minimum əmək haqqının isə 345 manat olduğunu qeyd edərək hazırkı halda tələbkarın xeyrinə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (235/345 və ya 235 manat : 345 manat = 0,6811 misli, yuvarlaşdırdıqda 0,68 misli) indeksasiya olunmalıdır.

13. Ərizəçi 11 fevral 2026-cı il tarixdə məhkəməyə müraciət etdiyi üçün alimentin yuxarıda qeyd edilən qaydada hesablanması məhz həmin tarixdən nəzərə alınmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu, Azərbaycan Respublikası MPM-nin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

Ərizə qismən təmin olunsun. 11 fevral 2026-cı il tarixdən başlayaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2687/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu 20 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar