Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-112/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4302/2023 saylı və xx.xx.2025-ci il tarixli, 8(008)-560/2025 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi (icra məmuru X5) tərəfindən məhkəməyə təqdimatla müraciət edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı və xx.xx.2025-ci il tarixli, 8(008)- 560/2025 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)-560/2025 saylı icra sənədinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı qətnaməsi ilə tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli miqdarında indeksassiya edilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, müvafiq qaydada icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, borclu 2024-cü il tarixdən etibarən aliment ödənişlərini həyata keçirmir. Aliment ödənişlərini vaxtında ödəmədiyi üçün iki uşağa görə aylıq 512 manat olmaqla, 2026-cı ilin fevral ayı da daxil olmaqla ümumi borc məbləği 10212 manat təşkil edir. Bundan öncə borclu barəsində inzibati tənbeh növündə həbs tətbiq edilmiş olsa belə borclu alimenti ödəməkdən yayınır. Onlar arasında əmlak bölgüsü ilə bağlı mülki işə kassasiya instansiyasında baxılmışdır. Nikah dövründə əldə edilmiş avtomobilin hərraca çıxarılması barədə qərar olsa da, hərracın nə vaxt başlayıb, nə vaxt yekunlaşacağı bəlli deyil. Yəni o işin aliment borcu ilə heç bir əlaqəsi yoxdur. Borclu sonuncu dəfə 2024-cü ilin may ayında alimenti ödəmişdir, o vaxtdan etibarən heç bir ödəniş etməmişdir. İzahatının sonunda təqdimatın təmin edilməsini xahiş etdi. Borclu tərəfindən məhkəməyə etiraz ünvanlanıb bildirilmişdir ki, barəsində aliment borcu ilə bağlı icra tədbirlərinin aktivləşdirilməsi qarşı tərəfin təzyiq və prosesi ləngitmək məqsədinə xidmət edir. Hal-hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4423/2025-025 saylı icra sənədi üzrə icra məmuru Gülarə Mustafayeva tərəfindən xx.xx.2025-ci il tarixli qərarla borclu Tələbkar adına olan “KİA Sportage” markalı, **-BZ-*** dövlət nömrəli avtomobilin cərimə meydançasına yerləşdirilməsi və hərraca çıxarılması barədə qərar verilib. Lakin bu qərarın icrası 1 aydan artıq ləngidilmiş, avtomobil faktiki olaraq hələ də istifadədə saxlanılmışdır. Bu müddətdə qarşı tərəf aliment borcu bəhanəsi ilə icra orqanına müraciət edərək, ona qarşı təzyiq yaratmış, hərracın qarşısını almağa çalışmış, onu məcbur etməyə cəhd göstərmişdir. Bu hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə (icra sənədlərinin məcburiliyi), 50-ci maddəsinə (əmlak üzərinə həbsin dərhal icrası), 78 və 84-cü maddələrinə (icranın təmin edilməsi və vəsaitlərin yönləndirilməsi qaydası) ziddir. O, eyni zamanda tələbkar ola-ola süni şəkildə borclu vəziyyətinə salınmışdır. Halbuki hərracdan əldə ediləcək vəsait hesabına aliment borcunu tam ödəmək niyyətindədir. Borclu tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlanıb bildirilmişdir ki, 8(5-97)-112/2026 saylı iş üzrə xx.xx.2026-cı il tarixində, saat 09:45-də təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən şəxsən iştirak edə bilməyəcəkdir. Mövqeyi iş materiallarında mövcud olan sənədlərdə, eləcə də əvvəllər təqdim etdiyi yazılı izahatlarda tam əks olunmuşdur. Mövqeyinin nəzərə alınmasını xahiş edir. Əlavə olaraq bildirir ki, aralarında nikah münasibətlərinə 2023-cü ildə rəsmi qaydada xitam verilmişdir, aliment məhkəmə qərarı əsasında ödənilir və mövcud qismən borc mülk bölgüsü üzrə icra ediləcək vəsait hesabına tam şəkildə ödəniləcəkdir. Uşaqlar uzun müddətdir ananın yanında yaşayır və faktiki vəziyyət dəyişməmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda göstərilən ərizəni nəzərə alıb, təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4302/2023 saylı icra sənədi ilə müəyyən olunur ki, Borclu xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa gorə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)- 560/2025 saylı icra sənədi ilə müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı qətnaməsi ilə tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli miqdarında indeksassiya edilməlidir. - Yevlax rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə 233070/2023-36-1-004 saylı bildiriş borcluya ünvanlanmışdır. - Yevlax rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarları ilə müəyyən olunur ki, borclu xx.xx.1988-ci il təvəllüdlü ünvan 2i ünvanında qeydiyyatda olan X6 barəsində axtarış elan edilmişdir. - Borclu Yevlax rayon İcra və probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatı ilə müəyyən olunur ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı icra sənədi üzrə sonuncu dəfə 2024-cü ilin aprel ayında ödəniş etdiyini, qarşı tərəflə aralarında əmlak tələbi ilə bağlı mülki işin kassasiya instansiyasına qədər baxılıb yekun qərar qəbul olunmasını gözlədiyini, əmlak tələbi ilə bağlı tələbkarın ona ödəməli olduğu puldan aliment borcunun silinəcəyini, məsuliyyətinin ona aydın olduğunu, borcu tam şəkildə ödəyə bilmədiyini, borc qurtaranadək hissə-hissə ödəniş edəcəyini bildirmişdir. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-1119/2025 saylı qərarı ilə müəyyən olunur ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə müəyyən olunur ki, Borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etmədiyi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə getməkdən boyun qaçırdığı, hazırda aliment borcunun 9600 manat təşkil etdiyi nəzərə alınaraq icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məcburi qaydada Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. - 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. - 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarına - bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; - icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; - könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi aid edilir. - 84.2-ci maddəsinə müvafiq olaraq, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. - 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdimatın və ona əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4302/2023 saylı və xx.xx.2025-ci il tarixli, 8(008)-560/2025 saylı icra sənədi üzrə Borclu, Tələbkar isə tələbkar qismində çıxış edir. Həmin icra sənədləri icra edilməsindən ötrü İcra şöbəsinə göndərilmiş, icra sənədi icraatına daxil olmuş icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə icra tədbirlərinə də başlanılmışdır. İlk növbədə tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmış, lakin təyin edilmiş müddət ərzində tələb yerinə yetirilmədiyinə görə borclunun axtarışı istiqamətində tədbirlərə başlanılmış, borclunun olduğu yer müəyyən edilərək, İcra şöbəsində izahatı alınmış, eləcə də aliment borcu ödənilməmiş qaldığına görə barəsində məhkəmə qərarı ilə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Lakin görülmüş bütün tədbirlərə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş, İcra şöbəsində məcburi gətirilmə barədə qərarın qəbul edildiyi tarixə borc məbləği 9600 manat, tələbkarın bildirdikləri üzrə məhkəmə iclasının keçirildiyi tarixə 10212 manat təşkil etməkdədir. Qeyd edilməlidir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq edilə bilər. Qanunverici bu məsuliyyət növünün zəruriliyini icra sənədinin icrasının mümkün qədər qısa müddət ərzində təmin edilməsi məqsədi ilə əlaqələndirmişdir. Məhkəmə borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığını müəyyən etdiyinə görə məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı və xx.xx.2025-ci il tarixli, 8(008)-560/2025 saylı icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərarın qəbul edilməsi qənaətinə gəlir. Bundan başqa, tələbkar ilə aralarında əmlak bölgüsü ilə bağlı başqa məhkəmə mübahisəsinə baxılıb yekun qərarın qəbul edildiyinə, həmin qərar əsasında avtomobilin hərracda satışının həyata keçirilməli olmasına, satışdan əldə olunacaq vəsaitin aliment borcuna yönəldəcəyinə dair borclunun etirazında gətirdiyi dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, həmin məsələ üzrə iclasda iştirakı təmin edilmiş tələbkarın izahatı alınmış, tərəflər arasında aliment borcunun hərrac nəticəsində əmlakın satışından əldə ediləcək vəsait ilə əvəzləşdirilməsinə dair hər hansı razılığın olmadığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4302/2023 saylı və xx.xx.2025-ci il tarixli, 8(008)-560/2025 saylı icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4302/2023 saylı və xx.xx.2025-ci il tarixli, 8(008)-560/2025 saylı icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Şəbnur Əzizova
Məhkəmə qərarları › İş №8(5-97)-112/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-112/2026
10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver