Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-16/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə X1 Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin xx.xx.2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” qərarından şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin xx.xx.2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin xx.xx.2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh və qeyrilərindən ümumillikdə 19.538,39 manat pul vəsaitinin iddiaçı "xxxx"ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ona təqdim edilmədiyi üçün xəbərdar olmamışdır. İcra şöbəsi ilə əlaqə saxladıqdan sonra bu barədə məlumat əldə etmiş, dərhal ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni xx.xx.2025-ci il tarixdə imza etməklə əldə etmişdir. xx.xx.2025-ci il tarixdə isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayəti verdikdən sonra xx.xx.2025-ci il tarixli məktub ilə icra sənədinin geri qaytarılması xahiş edilmişdir. Qeyd edilən mülki iş üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatına 02 fevral 2026-cı il tarixdə daxil edilmişdir. İcra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasına baxmayaraq Nərimanov rayon İcra şöbəsi tərəfindən barəsdində axtarış elan edilmiş,eyni zamanda icra işi olmadığı halda xüsusi mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir.İcra məmuru tərəfindən qanunsuz olaraq barəsində qərar qəbul edilmiş və hazırda həmin qərarın ləğv edilməsini xahiş edir. Tələbkara, borcluya, icra məmurunun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” qərarın surətindən görünür ki,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan “Toyoto Prius (HİBRİD) Minik” markalı, 99RR488 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli apellyasiya şikayətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli Nərimanov rayon İcra şöbəsinə ünvanladığı məktubundan görünür ki,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2201/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdeh X4 tərəfindən imza etməklə əldə etmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmişdir. Həmçinin,iş materialalrında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli Nərimanov rayon İcra şöbəsinə ünvanladığı məktuba əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7064/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Beləliklə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini almadığından, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüqar Dəmirçiyevin xx.xx.2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması” qərarı əsaasızdır. “İcra Haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. “İcra Haqqında” AR Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. “İcra Haqqında” AR Qanunun 38.3-cü maddəsinə əsasən icraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər. Hal şahidlərinin sayı ikidən az ola bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə icra məmurunun qərarının ləğv edilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması”qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “2(005)-2201/2025-014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu X2 mülkiyyətində olan TOYOTA PRİUS (HİBRİD) minik” markalı, 99RR488 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması” barədə qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(5-97)-16/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-16/2026
22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver