Məhkəmə qərarları › İş №8(5-97)-3/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-3/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-3/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X1 nümayəndəsi X4 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2465/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin indeksasiyasına dair X1 ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2465/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X7 bildirdi ki, tələbkar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2465/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə alimetin indeksasiya edilməsinə dair ərizə ilə daha əvvəl məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilmişdir. Tələbkarın nümayəndəsi işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1-ci maddəsinə əsasən təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Göründüyü kimi, X1 nümayəndəsi X7 ərizə təqdim edərək, ərizəsini və ona əlavə edilmiş sənədlərin əslini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tələbkar ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və borclu işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 263.1-ci maddəsinə görə iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 268-269cu və 427-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2465/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin indeksasiyasına dair X1 ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar