Məhkəmə qərarları › İş №8(5-97)-32/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-32/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-32/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayəti üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 2(005)-144/2023 saylı İcra Vərəqəsi əsasında icra işinin icra olunması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinəin icra məmuru Emil Zeynalovun hərəkətsizliyi ilə bağlı tədbir görülməsini, yuxanda qeyd edilən məcburi icra tədbirlərinin icrası istiqamətində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göstəriş verilməsini, eləcə də borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin vəzifəli şəxslərinin məsuliyyətə alınaraq barələrində ciddi qanuni tədbirlər görülməsini xahiş etmişdir. X2 xx.xx.2026-cı il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizəçinin şikayəti baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, X3 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayəti baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayəti baxılmadan geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar