Məhkəmə qərarları › İş №8(5-97)-34/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-34/2026

13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-34/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X2, Borclu iştirakları ilə, X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin 2(005)-7728/2017 saylı, 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası tələbi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-7728/2017 saylı, 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına müvafiq indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin 2(005)-7728/2017 saylı, 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Borclu ilə birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamə hal-hazırda Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsində icra edilir. Məhkəmə iclasında iştirak edən X3 ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, onların birgə nikahından anadan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün maddi dəstək göstərmir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin rədd edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)- 7728/2017 saylı, 04 dekabr 2017-ci il qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi,X11 ilə Borclu arasında 21 aprel 2015-ci il tarixdə Şuşa Qeydiyyat şöbəsində qeydə alınmış və 37 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,28 mart 2016cı il təvəllüdlü X12 iddiaçı X6 yanında saxlanılması, cavabdeh Borclu 20 oktyabr2017-ci il tarixdən başlayaraq, 28 mart 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat aliment və 28 mart 2016-cı il təvəllüdllü X8 3 yaşa çatanadək, yəni 20 oktyabr 2017-ci il tarixdən 28 mart 2019-cu il tarixədək iddiaçının özü üçün hesablanmış aylıq 30 (otuz) manat alınaraq iddiaçı X9 ödənilməsi qət edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti-də çalışır, əmək haqqı 804,73 manatdır. Məhkəmə borclunun etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, borclu ilə tələbkarın arasında alimentin ödənilməsi barədə razılığın olması hazırda tələbkarın alimentin indeksasiya tələbi ilə məhkəməyə müraciətini məhdudlaşdıran əsas kimi nəzərdən keçirilə bilməz. Belə ki, qanuni qüvvəyə minmiş qətnamə ilə borcludan hər uşağa görə 140 manat alimentin tutulması qət edilmiş, həmin qətnamənin qəbulundan 9 ildən çox müddət keçmişdir. Belə olan təqdirdə tələbkar, yuxarıda istinad edilən normalara əsaslanaraq, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, borclunun alimentin məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2017-ci ilin yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2017-ci il üzrə müəyyən edilmiş 116 manat məbləğində minimum əmək haqqının 1,2 mislini təşkil edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7728/2017 saylı, 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar