Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-97)-74/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(005)- 7962/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası tələbi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, qızı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(005)-7962 /2017 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 04 iyun 2015-ci il təvəllüdü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 155 (yüz əlli beş) manat məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xasiyeva (Nəcəfova) Aynur Səməd qızı cavabdeh Borclu ilə 07 iyun 2010-cu il tarixdə Bakı Nikah Evində 1167 saylı akt qeydi ilə qeydə alınaraq rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və onların birgə nikahdan 04 iyun 2015-ci il təvəllüdü X8 adlı bir övladları anadan olmuşdur. Cavabdeh Borclu ilə ailə həyatı qurduqdan sonra münasibətləri əvvəllər yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başlamış, o, övladlarının xatirinə ailənin dağılmasını istəməsə də, münasibətləri bərpa etmək mümkün olmamış və münasibətləri getdikcə daha da kəskinləşmişdir. Cavabdeh Borclu ilə münasibətlərimizin pozulmasına səbəb cavabdehin ailə dəyərlərinə qiymət verməməsi olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(005)-7962/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X7 ilə cavabdeh Borclu arasında 07 iyun 2010-cu il tarixdə Bakı Nikah Evində 1167 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 04 iyun 2015-ci il təvəllüdü X4 iddiaçı X3 yanında saxlanılması, cavabdeh Borclu 10 iyul 2017-ci il tarixdən başlayaraq, 04 iyun 2015-ci il təvəllüdü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 155 (yüz əlli beş) manat alimentin və 04 iyun 2015-ci il təvəllüdü X4 3 (üç) yaşına çatanadək, yəni 01 noyabr 2017-ci il tarixdən 04 iyun 2018-ci il tarixədək iddiaçının özü üçün hesablanmış aylıq 45(qırx beş) manatın alınaraq iddiaçı X5 ödənilməsi, cavabdeh Borclu 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənini alimentin tutulması hissəsində dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(005)-7962/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, X7 ilə cavabdeh Borclu arasında 07 iyun 2010-cu il tarixdə Bakı Nikah Evində 1167 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 04 iyun 2015-ci il təvəllüdü X4 iddiaçı X3 yanında saxlanılması, cavabdeh Borclu 10 iyul 2017-ci il tarixdən başlayaraq, 04 iyun 2015-ci il təvəllüdü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 155 (yüz əlli beş) manat alimentin və 04 iyun 2015-ci il təvəllüdü X4 3 (üç) yaşına çatanadək, yəni 01 noyabr 2017-ci il tarixdən 04 iyun 2018-ci il tarixədək iddiaçının özü üçün hesablanmış aylıq 45 (qırx beş) manatın alınaraq iddiaçı X5 ödənilməsi, cavabdeh Borclu 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənini alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2017-ci ilin yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2017-ci il üzrə müəyyən edilmiş 116 manat məbləğində minimum əmək haqqının 1,33 mislini təşkil edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,33 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(005)-7962 /2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,33 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(5-97)-74/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(5-97)-74/2026
13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver