Məhkəmə qərarları › İş №e-2(004)-1857/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1857/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1857/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili, X6, Cavabdeh3 və Cavabdeh1 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 1173,19 AZN, X1 1376,17 AZN, Cavabdeh6 288,95 AZN, Cavabdeh2 538,91 AZN, Cavabdeh3 1297,78 AZN, Cavabdeh1 824,61 AZN-nin, ümumilikdə 5.499,61 manatın ayrı-ayrılıqda, eyni zamanda 75 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq “X4” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən aşağıda adı qeyd olunan şəxslərə 04 yanvar 2021-ci il tarixindən başlayaraq müəyyən olunmuş müddətlər üzrə müxtəlif tibbi xidmətlər göstərilmişdir. Həmin tibbi xidmətlərin göstərilməsi müqabilində sözügedən şəxslərin klinikaya müvafiq borcları yaranmışdır və hal-hazırda da aşağıda göstərilən bu borclar ödənilməməkdir: - Cavabdeh4 İddiaçı MMC tərəfindən ona göstərilən tibbi xidmətlər müqabilində ödəməli olduğu ümumi məbləğdən 1173,19 manat məbləğində borcu; - X3 İddiaçı MMC tərəfindən ona göstərilən tibbi xidmətlər müqabilində ödəməli olduğu ümumi məbləğdən 1.376,17 manat məbləğində borcu; - Cavabdeh6 İddiaçı MMC tərəfindən ona göstərilən tibbi xidmətlər müqabilində ödəməli olduğu ümumi məbləğdən 288,95 manat məbləğində borcu; - Cavabdeh2 İddiaçı MMC tərəfindən ona göstərilən tibbi xidmətlər müqabilində ödəməli olduğu ümumi məbləğdən 538,91 manat məbləğində borcu; - Cavabdeh3 İddiaçı MMC tərəfindən ona göstərilən tibbi xidmətlər müqabilində ödəməli olduğu ümumi məbləğdən 1.297,78 manat məbləğində borcu; - Cavabdeh1 İddiaçı MMC tərəfindən ona göstərilən tibbi xidmətlər müqabilində ödəməli olduğu ümumi məbləğdən 824,61 manat məbləğində borcu qalmışdır. Sözügedən şəxslərin onlara göstərilmiş müxtəlif tibbi xidmətlərə müvafiq olaraq klinikaya yaranmış bu borc məbləğləri 13 iyun 2022-ci il İddiaçı MMC-də baş tutan audit yoxlamasında qeydə alınmışdır. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili, X6, Cavabdeh3 və Cavabdeh1 vəkili Nümayəndə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, klinikanın iddia tələbini tamamilə əsassız və qanunsuz hesab edirlər. Belə ki, Cavabdeh3 ad və soyadının qeyd olunduğu xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənədə və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən 1956 manat tibbi sərfiyyat qeyd edilmiş və cavabdehin 1627 manat ödədiyi, lakin 329,86 manat borcu qaldığı iddia olunmaqdadır. Lakin klinikanın təqdim etdiyi xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənəddə cavabdehin iradə ifadəsini təsdiq edən imzası yoxdur. Cavabdeh3 klinikada hər hansı tibbi xidmətdən istifadə etməmişdir. Bundan əlavə klinika tərəfindən Cavabdeh3 barəsində təqdim edilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli fakturalarda tibbi xidmətlərin bəzilərinin ödənişlərinin bir hissəsinin ödənildiyi, bəzilərinin isə ödənişlərinin edilmədiyi əks olunmaqdadır. Sözügedən hesab fakturalarda qeyd olunan tibbi xidmətlər üzrə Cavabdeh3 tibbi yardım üçün müraciət etməmiş və hər hansı tibbi yardım almamışdır. Bu səbəbdən də klinika yuxarıda göstərilən hesab fakturaları üzrə tibbi xidmət müqaviləsini təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh1 ad və soyadının qeyd olunduğu xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənədə və onun əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən 5401,21 manat tibbi sərfiyyat qeyd edilmiş və cavabdehin 4300 manat ödədiyi, lakin 1101,21 manat borcu qaldığı iddia olunmaqdadır. Lakin klinikanın təqdim etdiyi xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənəddə qeyd olunan imza Cavabdeh1 məxsus deyil. Bundan əlavə klinika tərəfindən Cavabdeh1 barəsində təqdim edilən xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il tarixli fakturalarda tibbi xidmətlərin bəzilərinin ödənişlərinin bir hissəsinin ödənildiyu, bəzilərinin isə ödənişlərinin edilmədiyi əks olunmaqdadır. Sözügedən hesab fakturalarda qeyd olunan tibbi xidmətlər üzrə Cavabdeh1 tibbi yardım üçün müraciət etməmiş və hər hansı tibbi yardım almamışdır. Bu səbəbdən də klinika yuxarıda göstərilən hesab fakturaları üzrə tibbi xidmət müqaviləsini təqdim edə bilməmişdir. Eynilə iş üzrə digər cavabdehlər Cavabdeh4 barəsində təqdim edilən xx.xx.2021-ci il tarixli, Cavabdeh6 barəsində xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, Cavabdeh2 barəsində xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, X6 barəsində xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli hesab fakturalarda tibbi xidmətlərin bəzilərinin ödənişlərinin bir hissəsinin ödənildiyi, bəzilərinin isə ödənişlərinin edilmədiyi əks olunmaqdadır. Sözügedən hesab fakturalarda qeyd olunan tibbi xidmətlər üzrə yuxarıda adları qeyd olunan cavabdehlər tibbi yardım üçün müraciət etməmiş və hər hansı tibbi yardım almamışdır. Bu səbəbdən də klinika yuxarıda göstərilən hesab fakturaları üzrə tibbi xidmət müqaviləsini təqdim edə bilməmişdir. Odur ki, klinikanın göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması barədə tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. İddianın mahiyyəti bundan ibarətdir ki, iddiaçı təşkilat cavabdehlərə tibbi xidmət göstərmiş, lakin cavabdehlər tərəfindən tibbi xidmətin əvəzi ödənilməmişdir. Cavabdeh4 1173,19 manat məbləğində, X5 1376,17 manat məbləğində, Cavabdeh6 288,95 manat məbləğində, Cavabdeh2 538,91 manat məbləğində, Cavabdeh3 1297,78 manat məbləğində, Cavabdeh1 824,61 manat məbləğində tibbi xidmət göstərilməsinə baxmayaraq cavabdehlər göstərilmiş tibbi xidmətin əvəzini klinikaya ödəməmişdirlər. Ona görə də, məhkəmədən qeyd olunan məbləğlərin cavabdehlərdən tutulub iddiaçı şirkətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdehlər ailə üzvləridir. Cavabdehlər hüquqi şəxsin keçmiş rəhbərinin qohumlarıdır. Ona görə də, onlara ödəniş olunmamışdan əvvəl xidmət göstərilib. Rəhbər dəyişiləndən sonra köhnə borclar toplanaraq məhkəməyə təqdim edilib. Hesab fakturaya əsasən Cavabdeh4 1173,19 manat məbləğində tibbi xidmətin göstərildiyi müəyyən olunur. Xəstənin ödədiyi məbləğ çıxılıb. Yəqin ki, yerində müəyyən qədər ödəniş olunub. Qeyd olunanlar elektron sistemin proqram təminatıdır, nə ödənilibsə, nə borcludursa qeyd olunur. Hər bir cavabdeh üzrə məbləğlər hesab fakturada qeyd olunub. Təqdim etdikləri sənədlər cavabdehinlərin tibbi xidmət müqaviləsi, müayinələrinin nəticələri ilə bağlı sənədlərdir. Tibbi xidmət müqavilələri stasionar xidmətlə bağlıdır. Bəzi cavabdehlərdə ambulator xidmət olmuşdur. Ambulator xidmət olduqda müqavilə bağlanılmır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tibbi xidmət müqavilələri var. Cavabdeh4 ilə bağlı sənədləri tapa bilməmişlər. Hər bir kəs tibbi xidmət alır. Kimsə nə vaxtsa analiz verəndə tibbi xidmət müqaviləsi bağlamır. Ambulator xidmət bir növ birtərəflidir. Həkim müraciət edən şəxsi müayinə edir, resept yazır, bununla da yekunlaşır. Müqavilə bağlanılmır. Keçən proses qarşı tərəf bildirdi ki, ümumiyyətlə müqavilə yoxdur, hazırda qeyd edir ki, müqavilədəki imza kimə məxsusdur və s. Xidmət göstərilib. Stasionar xidmətlərdə tibbi xidmət müqaviləsi bağlanılır, ambulator xidmətlərdə isə bağlanılmır. Şəxslər öz iradə ifadələri ilə xidmətlərini alırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili, X6, Cavabdeh3 və Cavabdeh1 vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Tərəflər arasında tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlanılmayıb. Müqavilə olmadığı halda hesab fakturanın olması qeyri-mümkündür. Bəzi klinikalarda elektron sistemdə olan müəyyən proqram təminatları vasitəsilə hesab fakturalar əldə olunur, lakin həmin sistemə müvafiq məbləğlərin qeyd olunması klinikanın əməkdaşlarının əlindədir. İddiaçı tərəf belə bir iddia ilə məhkəməyə müraciət edirsə, o, məhkəməyə tərəfin imzası olan müqavilə təqdim etməlidir, qiymətlə bağlı cavabdehlərin məlumatlı olmalarını təsdiq edən razılıq bildirişi olmalıdır. Öhdəlik götürüblərsə, bu öhdəliyin mahiyyətinin nədən ibarət olması barədə məlumat verilməlidir, müqavilədə tibbi xidmətlə bağlı məbləğin əvvəldən, yoxsa sonradan olması qeyd olunmalıdır. Hazırda hamının bildiyi kimi, özəl fəaliyyətlə məşğul olan klinikalarda tibbi xidmətin göstərilməsi əvvəlcədən ödəniş almaqla həyata keçirilir. Sadəcə olaraq avto-qəzalar zamanı, təcili tibbi müdaxilə edilməsi zərurəti olduğu hallarda avans məbləği alınır, xidmət göstərilir, daha sonra klinikada qalma müddətlərinə uyğun olaraq məbləğ hesablanılır və ödənilir. İddiaçı tərəf ödənişlərin hansı tibbi xidmətə görə olmasını əsaslandırmalıdır, müqaviləni təqdim etməlidir. Müdafiə etdiyi şəxslər ona qəbzlər göndəriblər. Bəzi cavabdehlər 80 manat ödəyərək göz həkimi Aytən xanımın qəbulunda olublar. Başqa tibbi xidmətin göstərilməsi ilə bağlı məlumat yoxdur. İddiaçı tərəfindən təqdim olunan sənədlərdə göstərilən tibbi xidmətlər cavabdehlərə göstərilməyib. Bu məsələnin əsasını qarşı tərəf qeyd etmişdir. Onların hazırda bir məsələləri DTX-da gedir. Onlar qarşı tərəfi şikayət etmişlər, onlar da onlardan şikayət ediblər. Hospitalın keçmiş rəhbəri Aytən xanım cavabdehlərlə quda olub. 80 manat ödəyərək Aytən xanımın qəbulunda Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 avtolmologiya şöbəsində olublar. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin özəl kilinikaların fəaliyyətini tənzimləyən qanunvericilik aktı var. Həmin qanunda tibbi xidmətin anlayışı verilmişdir. Tibbi xidmət müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən, əvəzi ödənilən tibbi yardımdır. Xidmət olması üçün müqavilə olmalıdır. Həmçinin şəxsin imzası yoxdur. Bu sənədləri istənilən şəxsin adına yazıb tərtib etmək olar. Müqavilə olmadığı halda sənədlərin sübut kimi qəbul olunması və onlara münasibət göstərilməsi mənasızdır. Müqavilə olmayan şəxslərə tibbi xidmət göstərilməyib. Qarşı tərəf əvvəlki məhkəmə iclasında bildirmişdi ki, heç bir ödəniş olunmayıb. Lakin sənədlərə baxdıqda burada müəyyən ödənişlər qeyd olunub. Onlar ödənişləri də qəbul etmirlər. Tərəf ona bildirib ki, orada heç bir tibbi xidmət qəbul etməyib. Həmçinin qarşı tərəf müqavilələrin stasionar xidmətə görə bağlanıldığını bildirir. Hesab fakturada 2020, 2021, 2022-ci illərdə hesab fakturalar var. Bunların hansıların stasionara, hansıların ambulatora aid olması qeyri-müəyyəndir. Müqavilə üzərindən hərəkət edilirsə, Cavabdeh3 dair 3-4 müqavilə təqdim olunmalıdır. Çünki ayrı-ayrı tarixlərdə xidmətlər göstərilib. Səbail rayonunda da iddia qaldırılıb. Orada da müqavilələr təqdim olunmayıb. 4 nəfərə qarşı iddia qaldırılıb, lakin bir müqavilə təqdim olunub. Belə ki, iddiaçı tərəf 6 cavabdehə qarşı iddia qaldırsa da, yalnız 2 müqavilə təqdim etmişdir ki, həm bu müqavilələrdə, həm də hesab fakturalarda imza yoxdur. Bu isə o deməkdir ki, həmin müqavilələrin hüquqi qüvvəsi yoxdur. Bundan əlavə Cavabdeh1 məxsus olduğu deyilən imza ona məxsus deyil. Xahiş edir ki, məhkəmə buna da qiymət versin. Bununla bağlı onlar müvafiq hüquq mühafizə orqanlarına da müraciət edəcəklər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh6 Zülfüqar oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh4 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə göstərilən tibbi xidmətə görə Cavabdeh4 İddiaçı MMC-yə 1173,19 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh6 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh6 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh6 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh6 İddiaçı MMCyə 20 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh6 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh6 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh6 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh6 İddiaçı MMCyə 88,98 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh6 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh6 İddiaçı MMCyə 19,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 39,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 108,98 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 29,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 99,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh2 İddiaçı MMCyə 19,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə göstərilən tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMC-yə 329,86 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 32,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 25,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 48,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə göstərilən tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMC-yə 400 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 99,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 99,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilmiş tibbi xidmətə görə Cavabdeh3 İddiaçı MMCyə 99,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə göstərilən tibbi xidmətə görə Cavabdeh1ı Zülfüqar oğlunun İddiaçı MMC-yə 1101,21 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə göstərilən tibbi xidmətə görə Cavabdeh1 İddiaçı MMC-yə 80 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilən tibbi xidmətə görə Cavabdeh1 İddiaçı MMCyə 19,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə Cavabdeh1ı Zülfüqar oğlunun İddiaçı MMC-yə 14,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə Cavabdeh1 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə Cavabdeh1 İddiaçı MMCyə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 21,69 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 44,98 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 79,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 49,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 49,99 manat borcu qalmışdır. İş materiallarında olan X5 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə göstərilən tibbi xidmətə görə X3 İddiaçı MMC-yə 19,99 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi Xidmət müqaviləsindən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyirlər. Ödəniş qaydasında qeyd edilmişdir ki, xəstə və ya xəstə yaxını göstərilən tibbi xidmətin qarşılığı olan 1627 manat məbləği və ya tələb olunan müvafiq avans məbləğini xidmətin nəticəsindən asılı olmayaraq ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Tibbi Xidmət müqaviləsindən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyirlər. Ödəniş qaydasında qeyd edilmişdir ki, xəstə və ya xəstə yaxını göstərilən tibbi xidmətin qarşılığı olan 4300 manat məbləği və ya tələb olunan müvafiq avans məbləğini xidmətin nəticəsindən asılı olmayaraq ödəməlidir. Özəl tibb fəaliyyəti haqqında Qanunun 1-ci maddəsinə əsasən tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardımdır. Həmin Qanunun 7-ci maddəsində əsasən özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş: -bilavasitə xəstələrlə bağlanmış müqavilələr; -üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; -icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; -xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. -Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. -Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. -Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4 1173,19 AZN, X1 1376,17 AZN, Cavabdeh6 288,95 AZN, Cavabdeh2 538,91 AZN, Cavabdeh3 1297,78 AZN, Cavabdeh1 824,61 AZN-nin, ümumilikdə 5.499,61 manatın ayrı-ayrılıqda tutularaq “X4” MMC-yə ödənilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin də yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək qeyd etmək olar ki, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş tərəflər arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı məhkəməyə yalnız müvafiq hesab fakturaları təqdim etməklə kifayətlənmiş, cavabdeh qismində göstərdiyi yalnız 2 şəxslə Cavabdeh3 və Cavabdeh1 ilə aralarında bağlanmış tibbi xidmət haqqında olan müqaviləni təqdim edə bilmişdir. Lakin həmin müqavilələrə də nəzər yetirdikdə görmək olar ki, tərəflər arasında bağlanmış müqavilələr müqavilə üçün nəzərdə tutulan qaydalara uyğun olaraq bağlanmamışdır. Belə ki, Cavabdeh3 ad və soyadının qeyd olunduğu xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənədə və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən 1956 manat tibbi sərfiyyat qeyd edilmiş və cavabdehin 1627 manat ödədiyi, lakin 329,86 manat borcu qaldığı iddia olunmaqdadır. Lakin klinikanın təqdim etdiyi xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənəddə Cavabdeh3 iradə ifadəsini təsdiq edən imzası yoxdur. Habelə Cavabdeh1 ad və soyadının qeyd olunduğu xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənədə və onun əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən 5401,21 manat tibbi sərfiyyat qeyd edilmiş və cavabdehin 4300 manat ödədiyi, lakin 1101,21 manat borcu qaldığı iddia olunmaqdadır. Lakin klinikanın təqdim etdiyi xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsi adlanan sənəddə qeyd olunan imzanın Cavabdeh1 məxsus olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı cavabdehlərdən heç birinə qarşı irəli sürdüyü tələbin əsası kimi istinad etdiyi faktları təsdiq edə bilməmişdir. Hazırki işin həm faktiki, həm də hüquqi hallarını nəzərə alaraq, cavabdehlərlə iddiaçı klinika arasında hər hansı tibbi xidmət müqaviləsi mövcud olmadığından iddi tələbi rədd edilməlidir. Yekun olaraq bildirilir ki, klinikanın məhkəməyə təqdim etdiyi müqavilələrdə cavabdehlərin iradə ifadəsinin olmaması, habelə digər hesab fakturaların formalaşmasına əsas olacaq müqavilələrin olmaması, klinikanın təqdim etdiyi hesab fakturaları özünə məxsus proqram təminatında hazırlandığını və həmin fakturalara əlavə və ya dəyişikliklər etmək səlahiyyətinə malik olduğu nəzərə alınsa, bu halda qənaətə gəlinə bilər ki, klinika mövcud müqavilənin olmadığı təqdirdə hesab fakturalara istənilən növ əlavələrin edilməsi kimi sui-istifadəyə yol verə bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan iddiaçı tərəfindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar