Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5141/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 Lətif oğluna qarşı "Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzildən Cavabdeh4, onun arvadı Cavabdeh3, onların oğlu Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh5 əşyaları ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 Lətif oğluna qarşı " Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzildən Cavabdeh4, onun arvadı Cavabdeh3, onların oğlu Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh5 əşyaları ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzil RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ½ hissədə İddiaçı, ½ hissədə isə onun qızı Maraqlı şəxs xüsusi mülkiyyətindədir. Yasamal rayonu 19 saylı Kommunal İstismar Sahəsinin xx.xx.2003- cü il tarixli 246 R-7 saylı məktubuna əsasən cavabdehlər Cavabdeh4, onun arvadı Cavabdeh3, onların oğlu Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh5 1995-ci ildən Füzuli rayonundan məcburi köçkün düşərək iddiaçı və onun qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzili heç bir əsas olmadan zəbt etmişlər və hazırda qanunsuz olaraq həmin mənzildə yaşayırlar. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzil Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzil İddiaçı, ½ hissədə isə onun qızı Maraqlı şəxs xüsusi mülkiyyətindədir. İş materiallarında olan 19 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 Lətif oğlu mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzildə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, məcburi köçkün kimi cavabdehlərin dövlət tərəfindən mənzillə təmin olunması ilə bağlı müvafiq təkliflər edilmiş, lakin cavabdehlər buna müsbət cavab verməmişlər. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən müəyyən edilir ki, paylı mülkiyyətçi Maraqlı şəxs iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzil RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ½ hissədə İddiaçı, ½ hissədə isə onun qızı Maraqlı şəxs xüsusi mülkiyyətindədir. Deməli, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ vardır. Həmçinin, digər paylı mülkiyyətçi iddiaçının qızıdır və iddia tələbinin təmin edilməsini xahiş edir. Yasamal rayonu 19 saylı Kommunal İstismar Sahəsinin xx.xx.2003- cü il tarixli 246 R-7 saylı məktubuna əsasən cavabdehlər Cavabdeh4, onun arvadı Cavabdeh3, onların oğlu Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh5 1995-ci ildən Füzuli rayonundan məcburi köçkün düşərək iddiaçı və onun qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzili heç bir əsas olmadan zəbt etmişlər və hazırda qanunsuz olaraq həmin mənzildə yaşayırlar. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh5 və Cavabdeh3 iddia ərizəsində göstərilən faktiki xüsusatların həqiqiliyini qəbul etmiş, lakin, məcburi köçkün olmaları nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Həmçinin, onlar mənzilə müvafiq xərc çəkdiklərini, mənzili təmir etdirdiklərini bildirmişlər. İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehlərin məcburi köçkün olmaları və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandıra, buna əsas qismində çıxış edə bilməz. Nəzərə alınır ki, sosial siyasətin təzahürü olaraq dövlət tərəfindən cavabdehlərə dövlət hesabına məcburi köçkünlər üçün nəzərdə tutulmuş müvafiq mənzil təklif edilmiş, lakin, cavabdehlər həmin mənzilin bölgələrdə yerləşməməsi əsası ilə təkliflə razı olmamışlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küç, ev 6, 165 saylı mənzildən Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 əşyaları ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 Lətif oğluna qarşı " Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzildən Cavabdeh4, onun arvadı Cavabdeh3, onların oğlu Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh5 əşyaları ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 165 saylı mənzildən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 əşyaları ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılsın. İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5141/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5141/2024
05.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver