Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5665/2025 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yüzbaşıyeva Əfsanə Elmar qızına qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iş üzrə (açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi ilə, İddiaçı cavabdeh Yüzbaşıyeva Əfsanə Elmar qızına qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, məhəllə 583-də istifadədə olan 104a nömrəli, 5 mərtəbəli binada 3 otaqlı 34 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 911 nömrəli reyestr kitabının 84645 nömrəli vərəqində qeydiyata alınmışdır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Yüzbaşıyeva Əfsanə Elmar qızı, X2 və X5 ünvan 1 ünvanda qeydiyyatdadırlar.
3. Yüzbaşıyeva Əfsanə Elmar qızının **********372 nömrəli ərizəsindən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 104A, mənzil 34 ünvanından 31 iyul 2026-cı il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür.
4. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixli, 16(004)-549/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 34 nömrəli mənzildə icra vərəqəsində göstərilən əmlaklar aşkarlanmışdır. Aktı icra məmuru Anar Əyyubov və Əfsanə Yüzbaşıyeva imzaları ilə təsdiq etmişlər.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 fərdi yaşayış evindən isifadə hüquqlarının itirilmiş hesab edilməsi, dövrə ilə birlikdə 18 boşqab, 22 dənə orta ölçülü boşqab, 1 dənə gecə lampası, 2 dənə meyvə qabı 4 dənə mürəbbə qabı, 11 dənə rumka stəkan, 1 dənə meyvə piroq qabı, 2 dənə fındıq qabı, 12 dənə böyük rumka ,12 dənə balaca rumka, 1 dənə mürəbbə qabı, 1 dənə külqabı, 1 dənə güzgü, 1 lampa, 6 dənə mürəbbə üçün rozetka, 16 dənə meyvə və mürəbbə qabları, 2 dənə dövrə, 1 dənə göy orta ölçülü dövrə, 1 dənə güldan, 1 dənə məscid bəzək suvenir, 14 dənə göy nəlbəkiboşqab, 6 dənə göy krujka, 2 dənə xrustal şamdan, 6 dənə boz krujka, 13 nəlbəki, 12 dənə boz servis boşqab, 6 dənə boz servis krujka, Quran kitabı, 1 dənə lüstür (çilçıraq), içində albom, təzyiq ölçən olan 1 dənə balaca şkaf, 1 dənə taxt üçün döşək, 3 dənə yorğan, 2 dənə pərdə, 1 dəst mətbəx şkafı, 1 dənə koşelok və çanta, 1 dənə parixmaxer üçün kukla başı, 1 kulok parça, 1 dənə kofemolka, balaca boş sandıq, 1 dənə uşaq çarpayısı, 5 cüt ayaqqabı, 2 dənə yastıq, 2 bağlı çamadan paltar, 1 dənə tüklü ağ adyal, 2 böyük güldən, 4 dənə rumka, 2 dənə mitəkkə, 1 kubok veşalka, 1 dənə adyal, 1 dənə göy rəngdə toy paltarı, 3 dənə şalvar, 1 kubok hicab, 1 kubok alt paltarı, 1 dənə kurtka, 1 dənə plaş, 1 dənə boz don, 1 kubok prostina və çuxol, 3 dənə aş qazanı, 1 dənə maşa- medved uşaq yorğanı, 6 dənə xrustal stəkan, 1 dənə yataq taxtı, 2 dənə böyük və kiçik uşaq şkafından ibarət cehiz əşyalarının həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, xx.xx.2009-cu il tarixdə anası X3 Bakı şəhəri 12 saylı notariat kontorunda mülkiyyətində ümumi sahəsi 59,75 kv.m. yaşayış sahəsi 49,75 kv.m.olan yaşayış sahəsini Bakı şəhəri, Yasamal rayonu Şahbazi küçəsi ev 104a, məhəllə 583-də yerləşən ümumi sahəsi 59,75 kv.m., yaşayış sahəsi 49,75 kv.m.olan 34 nömrəli mənzili ona bağışlamışdır. Adına xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarış ********** nömrə ilə qeydiyyata alınmışdır. O, xx.xx.2012-ci il tarixdə X6 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Nikah Yasamal rayon Qeydiyyat şöbəsində 1521 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri bərpa olunmaz dərəcədə pozulduğundan və cavabdehin ailə münasibətlərinin bərpa etmək istəmədiyindən nikah pozulmuşdur. Belə ki cavabdeh xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə aralarında olan nikahın pozulması və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə cavabdehlə olan nikah pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X4 cavabdehin yanında saxlanılması və hər ay 193 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Beləliklə ailə münasibətlərinə cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Əslində ailə münasibətləri daha əvvəl pozulmuşdur, 2016-cı ildən faktiki olaraq bir yerdə yaşamamışlar. Cavabdeh həmin tarixdən getmiş və başqa ünvanda yaşamışdır. Hazırda da yaşamağa davam edir. 2016-cı ildən cavabdeh mülkiyyətində olan və Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi ev 104a, məhəllə 583-də yerləşən mənzilə qeydiyyata düşmüşdür. 2016-cı ildən hazıra kimi cavabdeh həmin mənzildə yaşamır. Bundan başqa cavabdeh boşandıqdan sonra cehiz əşyalarını mənzilimdə qoyub getmişdir. O bu günə kimi mənzilindən rahat istifadə emək hüquqlarını pozur.
b) iddiaya qarşı etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı: “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşdəki sübutlarla müəyyən olunur ki, ünvan 1 mənzil İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir.
16. İddiaçının dediyinə görə cavabdeh iddiaçının həyat yoldaşı olmuşdur, evləndikdən sonra mülkiyyətində olan mənzilə köçmüşlər, lakin sonra aralarında nikah pozulmuş, cavabdeh hətta nikah pozulmamışdan da əvvəl mənzili tərk edib, başqa ünvanda yaşamağa başlamışdır.
17. Hazırda isə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir və məhkəmənin qənaətincə bu tələb əsaslıdır. İş materiallarına əlavə edilmiş tərəflər arasındakı nikahın pozulması barədə şəhadətnamə, cavabdehin ünvan üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyü notarial ərizə iddiaçının qeyd etdiyi faktiki halları dəstəkləyir.
18. Bu halda isə, cavabdeh iddiaçıya münasibətdə artıq ailə üzvü hesab edilmədiyindən, o mənzili faktiki olaraq tərk edib başqa ünvanda yaşadığından Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvü olaraq həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamışdır. Odur ki, bu hissədə tələb təmin edilməlidir.
19. Tələb eyni zamanda cehiz əşyaların mənzildən çıxarılması hissədə də təmin edilməlidir. Adıçəkilən əmlakların hazırda iddiaçıya məxsus mənzildə olduğu əlavə edilmiş icra məmuru və cavabdehin iştirakı ilə təsdiq edilmiş akt ilə öz təsdiqini tapır. Əşyaların iddiaçının mənzilində qalmasının onun hüquqlarını pozması, mənzildən sərbəst istifadəyə maneə törətməsi isə aşkardır.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yüzbaşıyeva Əfsanə Elmar qızının İddiaçı məxsus ünvan 1 mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və Cavabdeh məxsus əşyalar: dövrə ilə birlikdə 18 boşqab, 22 dənə orta ölçülü boşqab, 1 dənə gecə lampası, 2 dənə meyvə qabı 4 dənə mürəbbə qabı, 11 dənə rumka stəkan, 1 dənə meyvə piroq qabı, 2 dənə fındıq qabı, 12 dənə böyük rumka ,12 dənə balaca rumka, 1 dənə mürəbbə qabı, 1 dənə külqabı, 1 dənə güzgü, 1 lampa, 6 dənə mürəbbə üçün rozetka, 16 dənə meyvə və mürəbbə qabları, 2 dənə dövrə, 1 dənə göy orta ölçülü dövrə, 1 dənə güldan, 1 dənə məscid bəzək suvenir, 14 dənə göy nəlbəki-boşqab, 6 dənə göy krujka, 2 dənə xrustal şamdan, 6 dənə boz krujka, 13 nəlbəki, 12 dənə boz servis boşqab, 6 dənə boz servis krujka, Quran kitabı, 1 dənə lüstür (çilçıraq), içində albom, təzyiq ölçən olan 1 dənə balaca şkaf, 1 dənə taxt üçün döşək, 3 dənə yorğan, 2 dənə pərdə, 1 dəst mətbəx şkafı, 1 dənə koşelok və çanta, 1 dənə parixmaxer üçün kukla başı, 1 kulok parça, 1 dənə kofemolka, balaca boş sandıq, 1 dənə uşaq çarpayısı, 5 cüt ayaqqabı, 2 dənə yastıq, 2 bağlı çamadan paltar, 1 dənə tüklü ağ adyal, 2 böyük güldən, 4 dənə rumka, 2 dənə mitəkkə, 1 kubok veşalka, 1 dənə adyal, 1 dənə göy rəngdə toy paltarı, 3 dənə şalvar, 1 kubok hicab, 1 kubok alt paltarı, 1 dənə kurtka, 1 dənə plaş, 1 dənə boz don, 1 kubok prostina və çuxol, 3 dənə aş qazanı, 1 dənə maşa-medved uşaq yorğanı, 6 dənə xrustal stəkan, 1 dənə yataq taxtı, 2 dənə böyük və kiçik uşaq şkafı cavabdehin hesabına həmin mənzildən çıxarılmalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Yüzbaşıyeva Əfsanə Elmar qızının İddiaçı mülkiyyətində olan ünvan 1 mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh məxsus əşyalar: dövrə ilə birlikdə 18 boşqab, 22 dənə orta ölçülü boşqab, 1 dənə gecə lampası, 2 dənə meyvə qabı 4 dənə mürəbbə qabı, 11 dənə rumka stəkan, 1 dənə meyvə piroq qabı, 2 dənə fındıq qabı, 12 dənə böyük rumka ,12 dənə balaca rumka, 1 dənə mürəbbə qabı, 1 dənə külqabı, 1 dənə güzgü, 1 lampa, 6 dənə mürəbbə üçün rozetka, 16 dənə meyvə və mürəbbə qabları, 2 dənə dövrə, 1 dənə göy orta ölçülü dövrə, 1 dənə güldan, 1 dənə məscid bəzək suvenir, 14 dənə göy nəlbəkiboşqab, 6 dənə göy krujka, 2 dənə xrustal şamdan, 6 dənə boz krujka, 13 nəlbəki, 12 dənə boz servis boşqab, 6 dənə boz servis krujka, Quran kitabı, 1 dənə lüstür (çilçıraq), içində albom, təzyiq ölçən olan 1 dənə balaca şkaf, 1 dənə taxt üçün döşək, 3 dənə yorğan, 2 dənə pərdə, 1 dəst mətbəx şkafı, 1 dənə koşelok və çanta, 1 dənə parixmaxer üçün kukla başı, 1 kulok parça, 1 dənə kofemolka, balaca boş sandıq, 1 dənə uşaq çarpayısı, 5 cüt ayaqqabı, 2 dənə yastıq, 2 bağlı çamadan paltar, 1 dənə tüklü ağ adyal, 2 böyük güldən, 4 dənə rumka, 2 dənə mitəkkə, 1 kubok veşalka, 1 dənə adyal, 1 dənə göy rəngdə toy paltarı, 3 dənə şalvar, 1 kubok hicab, 1 kubok alt paltarı, 1 dənə kurtka, 1 dənə plaş, 1 dənə boz don, 1 kulok prostina və çuxol, 3 dənə aş qazanı, 1 dənə maşa- medved uşaq yorğanı, 6 dənə xrustal stəkan, 1 dənə yataq taxtı, 2 dənə böyük və kiçik uşaq şkafı ünvan 1 mənzildən Cavabdeh hesabına çıxarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə