Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6779/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin icra orqanın rəhbəri olan Ərizəçi ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5067-2019 saylı, 05.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin icra orqanın rəhbəri olan Ərizəçi (doğulduğu tarix-12 yanvar 1983-cü il, doğulduğu yer – Azərbaycan, Kürdəmir, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 1H1DJGQ şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göründüyü kimi, Ərizəçi ərizəsini xüsusi icraat qaydasında baxılması üçün vermişdir. Lakin qüvvədə olan Mülki Prosessual qanunvericilikdə xüsusi icraat qaydasında vergi ödəyicisinin vergi orqanına qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə müraciət etməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Məhkəmə qeyd edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə müvafiq vergi orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçi müvafiq vergi orqana müraciət etmək hüququ izah edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə İ
Məhkəmə qərarları › İş №e-2(004)-6779/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6779/2021
07.10.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver