Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-948/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı1 vəkili, digər İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, bölgüyə uyğun olaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, bölgüyə uyğun olaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili, digər İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək bildirdi ki, bu iş üzrə cavabdehlər olan Cavabdeh və X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 113/2021 saylı mülki iş üzrə iddiaçı qismində hazırkı iddiaçılar İddiaçı2 və hər iki iş üzrə digər cavabdehlərə qarşı eyni tələblə iddia irəli sürmüş və həmin tələb hazırkı mülki işdən xeyli əvvəl icraatdadır. Bu göstərilən işlər hər ikisi bir-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipi baxımından onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə hesab edir ki, hazırki 2(004)-948/2021 saylı mülki iş daha əvvəl Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul olunmuş 2(004)-113/2021 saylı mülki işlə birləşdirilməli və onlara birgə baxılaraq qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən 2(004)-948/2021 saylı mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-113/2021 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-113/2021 saylı mülki işdən görünür ki, iddiaçılar Cavabdeh və X2 cavabdehlər İddiaçı1 və İddiaçı2 və digərlərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, istifadədə olan torpaq sahəsinin bölgüyə uyğun çıxarışın, texniki pasportun və ünvanın verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı1 və İddiaçı2 və digərlərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, istifadədə olan torpaq sahəsinin bölgüyə uyğun çıxarışın, texniki pasportun və ünvanın verilməsi tələbinə dair mülki iş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı1 və İddiaçı2 və digərlərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, istifadədə olan torpaq sahəsinin bölgüyə uyğun çıxarışın, texniki pasportun və ünvanın verilməsi tələbinə dair 2(004)- 113/2021 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-113/2021 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, bölgüyə uyğun olaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair 2(004)-948/2021 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı1 və İddiaçı2 və digərlərinə qarşı mülkün naturada real bölgüsünün aparılması, istifadədə olan torpaq sahəsinin bölgüyə uyğun çıxarışın, texniki pasportun və ünvanın verilməsi tələbinə dair 2(004)-113/2021 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-113/2021 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-948/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-948/2021
01.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver