Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-21/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Ali qızına, Cavabdeh3 və Bakı Şəhəri 1 sayləı “Asan Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və məcburi pay almaq hüququnun miqdarının tamamlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 ilə cavabdehX20 arasında Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin bağışlanmasına dair Bakı şəhəri 1 Saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-1301 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh X20 ilə digər Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin alqı-satqısına dair ünvan 3 Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-641 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Etibarsız sayılan həmin müqavilələr əsasında mərhum X8 miras əmlakına geri qaytarılan Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzil hesabına iddiaçılar İddiaçı1 və İddiaçı2 X8 qoyduğu miras əmlakından məcburi pay almaq hüquqlarının miqdarı tamamlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 atası, İddiaçı2 həyat yoldaşı, yenə cavabdeh Məmmədov (Musabəyova) Nigarın atası X15 xx.xx.2020-ci ildə vəfat etmişdir. X15 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzili 1 Saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə- 1301 reyestr nömrəli bağışlama müqaviləsi ilə cavabdeh X16 bağışlamışdır. Cavabdeh X20 isə həmin mənzili 38 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-641 saylı alqı-satqı müqaviləsi ilə digər Cavabdeh3 satmışdır. Hesab edir ki, qeyd edilən hər iki müqavilə də qanunvericiliyin imperativ normalarına zidd olduğu, iddiaçıların vərəsəlik hüquqlarını, mirasdan məcburi pay almaq hüquqlarını pozduğu üçün etibarsızdır. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Quliyeva X11 İlkin Alik oğluna münasibətdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsində qeyd olunan cavabdehlərlə yanaşı Bakı Şəhəri 38 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini də cavabdehlər qismində göstərməklə, cavabdeh X20 ilə digər Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin alqı-satqısına dair ünvan 3 Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-641 saylı “alqı-satqı müqaviləsi” nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş “mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, X15 ilə cavabdeh X20 arasında Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin bağışlanmasına dair Bakı şəhəri 1 Saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-1301 reyestr nömrəli “bağışlama müqaviləsi” nin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin müvafiq alqısatqı və bağışlama müqavilələrindən əvvəlki hüquqi statusunun bərpa edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzil üzərində İddiaçı1 1/2 hissədə məcburi pay almaq hüquqlarının miqdarının tamamlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddiaya yazılı etirazla məhkəməyə müraciət edəərk bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzil mərhum X15 tərəfindən qızı Cavabdeh1 xx.xx.2019cu il tarixdə bağışlanma müqaviləsi ilə bağışlanmışdır. Bundan sonra Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzilin alqı-satqısına dair 20 avqust 2020-cü il tarixli müqavilə əsasən Cavabdeh3 satmışdır. Mənzil satılan zaman mənzildə qeydiyyatda olan mərhum X15 və arvadı X12 mənzil satılmasına etiraz etməmişlər.Ərizələr iş materialarına əlavə edilmişdir.Bundan sonra xx.xx.2021-ci il tarixdə X15 vəfat etmişdir.Göründüyü kimi bağışlanmadan sonra 2 il 3 ay keçmişdir.Belə ki, AR Mülki Məcəlləsinin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Göründüyü kimi miras açıldığı vaxtadək 2 il 3 ay keçmişdir. Digər tərəfdən Cavabdeh3 ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzili əldə edərkən tam olaraq vicdanlı alıcıdır. Belə ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan əmlakçıdan məlumat alaraq həmin mənzili əldə etmişdir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Cavabdeh1 şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci bəndinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin maddələrinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 bağışlama müqaviləsi rəsmiləşdirilən zaman İddiaçı2 nikahı pozulmadığını, bağışlayan şəxsin qüvvədə olan iki nikah şəhadətnaməsinin olmasına baxmayaraq notariusun İddiaçı2 adına olan şəhadətnaməni görməzdən gəldiyini, bunula da qanunvericiliyin tələblərinin pozulduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh3 vicdanlı sahib olduğunu, əmlakı əldə edərkən əmlaka dair üçüncü şəxsin hüquqlarından məlumatlı olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən iclasın digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi, ev 105, 4 saylı mənzilin X8 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2007-ci il tarixdə ********* nömrəli qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X15 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi, ev 105, 4 saylı mənzili hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 127347 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X17 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində “Covid-19” xəstəliyindən vəfat etmişdir. X2 Reyestri Xidməti tərəfindən məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, “X7” avtomatlaşdıırlmış qeydiyyat sisteminə baxış keçirilərkən A.Musabəyov və İddiaçı2 xx.xx.1994-cü il tarixdə Xəzər rayonu qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahının həmin rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-749/2021 nömrəli qətnaməsinə əsasən etibarsız sayıldığı müəyyən edilmişdir. “mygov.az” elektron hökumət portalından xx.xx.2024-cü il tarixli çıxarışda İddiaçı2 həyat yoldaşı olaraq X15 qeyd olunmuşdur. Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunur ki, atası X21 vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Mərhumun başqa vərəsələrinin olmadığını bildirmişdir. İddiaçı2 və İddiaçı1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunur ki, X21 vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Mərhumun başqa vərəsələrinin olmadığını bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-T 152880 nömrəli doğum haqqında şəhadətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X3r. Bakı Şəhəri Əzizbəyov rayonu Buzovna qeydiyyat idarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası İddiaçı2dır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X9 ilə İddiaçı2 arasında 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrəli qeyd edilmiş nikahın etibarsız sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8733/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsi cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-932/2022 saylı qərarı ilə cavabdeh İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8733/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T 016317 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və X6 xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 92 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda qeyd olunur ki, X17 ilə İddiaçı2 nikahı barədə 25 avqust 1994-cü il tarixdə 346 nömrəli akt qeydi tərtib olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 335442 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və X6 arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Cavabdeh1 tam payda xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi, ev 105, 4 saylı mənzili 35000 manat alıcı Cavabdeh3 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi, ev 105, 4 saylı mənzilin Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən xx.xx.2021-ci il tarixli çıxarışdan X17 barəsində 2 nikah qeydinin mövcud olduğu görünür : xx.xx.1994-cü il tarixdə xx.xx.1966-cı il təvəllüdlü İddiaçı2 ilə və xx.xx.1994-cü il tarixdə xx.xx.1968-ci il təvəllüdlü X13 ilə. “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən xx.xx.2021-ci il tarixli çıxarışdan X10 xx.xx.1968-ci il təvəllüdlü X6 ilə olan nikahının xx.xx.2019-cu il tarixdə pozulduğu müəyyən olunur. xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1dır və miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli məktuba əsasən X10 varisinə verilməli olan ******************** nömrəli kart hesabında 6462.37 manat puldan ibarətdir. xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1dır və miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD597704 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Prius” markalı, 99TN392 dövlət qeydiyyat nömrəli avtomobildən ibarətdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzil mərhum X15 tərəfindən qızı Cavabdeh1 xx.xx.2019cu il tarixdə bağışlanma müqaviləsi ilə bağışlanmışdır. Bundan sonra Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzilin alqı-satqısına dair 20 avqust 2020-cü il tarixli müqavilə əsasən Cavabdeh3 satmışdır. Mənzilin alqı-satqısı zamanı mənzildə qeydiyyatda olan mərhum X15 və arvadı X12 mənzil satılmasına etiraz etməmişlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Məcəlləsinin (bundan sonra, MM): 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu sür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə “X20 ilə digər Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin alqı-satqısına dair ünvan 3 Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-641 saylı “alqı-satqı müqaviləsi” nin etibarsız hesab edilməsi” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Yuxarıda qeyd edilən normanın mənasından aydın olur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı). “S.Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Cavabdeh3 əmlakı reyestr məlumatları əsasında əldə edərək, həmin əmlaka başqa şəxslərin iddiasının olmasından məlumatlı olmadığından, göstərilən hallar müəyyən edilərək, vicdanlı əldə edən hesab edilir, onun vicdanlı əldə edən olmasını istisna edən hər hansı hal müəyyən olunmamış, nə də iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutmuşdur. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hazırda baxılan iş üzrə iddiaçı alqı-saqtı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, alıcının vicdansız sahib olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki yuxarıda sadalananlardan aydın olur ki, alıcı vicdanlı sahib olduğu halda alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddianın təmin edilməsi istisna edilir. Alıcının vicdansız sahib olmasını sübuta yetirmək isə iddiaçının prosessual vəzifəsidir. İddiaçı bu hissədə iddia tələbini əsaslandıra bilmədiyindən iddia alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə “X15 ilə cavabdeh X20 arasında Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi 105 ünvanında yerləşən 4 nömrəli mənzilin bağışlanmasına dair Bakı şəhəri 1 Saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-1301 reyestr nömrəli “bağışlama müqaviləsinin ləğv edilməsi” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzil mərhum X15 tərəfindən qızı Cavabdeh1 xx.xx.2019cu il tarixdə bağışlanma müqaviləsi ilə bağışlanmışdır. Bundan sonra Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzilin alqı-satqısına dair 20 avqust 2020-cü il tarixli müqavilə əsasən Cavabdeh3 satmışdır. Mənzil satılan zaman mənzildə qeydiyyatda olan mərhum X15 və arvadı X12 mənzil satılmasına etiraz etməmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixdə X15 vəfat etmişdir. Göründüyü kimi bağışlanmadan sonra 2 il 3 ay keçmişdir. Göründüyü kimi miras açıldığı vaxtadək 2 il 3 ay keçmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin məhz ləğvini tələb edir ki, müqavilənin ləğvi üçün göstərdiyi əsas mülki qanunvericilikdə bağışlamanın ləğvi əsaslarına daxil deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Müqavilənin ləğvinin ümumi əsasları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində öz əksini tapmışdır. Həmin Maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi iddiaçı bağışlama müqaviləsinin ləğvini tələb etsə də, qanunvericiliyin tələblərindən bu müqaviləninin ləğvi üçün zəruri əsasların mövcud olmadığı müəyyən olunur. Digər tərəfdən isə bağışlama müqaviləsindən X8 vəfat etdiyi tarixədək, yəni miras aşılan tarixə 2 ildən çox müddət keçmişdir. Yəni hazırki tələb AR Mülki Məcəlləsinin 1200-ci maddəsinin tələblərini pozur. Bu səbəbdən də iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı və bağışlama müqaviləsinin ləğvi hissəsində iddia tələblərinin qanuni əsasları müəyyən edilmədiyindən bu əqdlər əsasında verilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışların da ləğv edilməsi hissədinə iddia tələbləri təmin edilə bilməz. Eyni zamanda, əmlakın bağışlamadan sonra miras açılan tarixədək 2 ildən çox keçidiyindən iddiaçı məcburi payının tamamlanmasını tələb etmək hüququnu itirmişdir. Digər tərəfdən, iddiaçı ərizəsi üzrə İddiaçı2 münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə İddiaçı2 hazırkı iddia ərizəsində X8 qoyduğu miras əmlakından məcburi pay almaq hüquqlarının tamamlanmasını tələb etsə də, mübahisə edilən vərəsəliklə bağlı o vərəsələr sırasına daxil olmamışdır. Belə ki, hazırkı iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Bu baxımdan, İddiaçı2 miras əmlakından məcburi pay almaqla bağlı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarından görünür ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyətini müəyyən edən 1163-cü maddəsinin məzmununa uyğun olaraq, nikahı pozulmuş arvad (ər) miras qoyan ərin (arvadın) qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum olur. Belə ki, həmin maddəyə görə, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Göründüyü kimi, əgər ər (arvad) miras qoyanın öldüyü anda nikahı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv etmiş olarsa, bu zaman o, qanun üzrə vərəsə olmaq hüququnu itirir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Ali qızına, Cavabdeh3 və Bakı Şəhəri 1 saylı “Asan Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və məcburi pay almaq hüququnun miqdarının tamamlanması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Ali qızına, Cavabdeh3 və Bakı Şəhəri 1 sayləı “Asan Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və məcburi pay almaq hüququnun miqdarının tamamlanması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-21/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-21/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver