Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2591/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X7 idarə heyətinin sədri Vüqar Behbudovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 №li əmrinin ləğv edilməsi, onun X5 filialında sosial xidmətçi vəzifəsinə bərpa olunmağım, məcburi işburaxmaya görə əmək haqqımın ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 60 (altmış) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7 nümayəndəsi X3 yazılı ərizə təqdim edərək, İddiaçı cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7ə qarşı iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf işin aidiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi deyil, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsidir. Bu səbəbdən mülki iş adiyyatı üzrə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində vergi ödəyicisinin məlumatlarından aydın olur ki, cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7 hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova, ev 85 saylı mənzildir. İş üzrə İddiaçı qeydiyyat ünvanı ünvan 2ənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə verilməmişdir. Buna görə də vəsatət təmin olunaraq mülki iş aidiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ‘‘Sosial Xidmətlər Agentliyi” X7ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2591/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2591/2024
13.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver