Məhkəmə qərarları › İş №e-2(005)-5016/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5016/2021

30.11.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5016/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizənin təmin edilməsi, 02 avqust 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X7 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 02 avqust 1987-ci il təvəllüdlü X12 (ş.v. AZE1567452) artıq 10 ilə yaxındır ki, Respublikanı tərk etmiş və bir müddət sonra ondan heç bir xəbər alınmamışdır. Respublikaya qayıtmamış və ailə üzvlərinin heç biri ilə heç bir əlaqə saxlmamışdır. Oğlu O.Muxtarovun xəbərsiz itkin düşmüş hesab edilməsi ona bunun üçün lazımdır ki, qeydiyyat ünvanından da göründüyü kimi onlar eyni ünvanda qeydiyyatdadırlar. Lakin mənzil özbaşına tikili olduğundan həmin mənzilin qeydiyyatdan keçirilməsi üçün mütləq O.Muxtarovun razılığı tələb olunur. O.Muxtarovun harada olmasından məlumatı olmadığı üçün, onu tapmaq və ya olduğu yerdən etibarnamə vermək imkanı mövcud deyil. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X12 02.08.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası X3 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 03.11.2021-ci il tarixli, 33/3840№-li məktubdan görünür ki, X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat 26.03.2006-cı il tarixdə Avstriyaya çıxışı qeydə alınmışdır. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır. X9 2006-cı il tarixdən görmədiyini bildirmişdir. Həmin tarixdən ölkəni tərk etmiş və bir daha heç kimlə əlaqə yaratmamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır. Sonuncu dəfə X9 2006-cı ilin əvvəli görmüşdür. Sonra bacısından bilmişdir ki, oğlu xarici ölkəyə gedib və bu günə kimi ondan xəbər ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir; 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Məhkəmə hesab edir ki, X7 xəbərsiz itkin duşməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X7 xəbərsiz itkin düşməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.08.1987-ci il təvəllüdlü X12 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar