Məhkəmə qərarları › İş №e-2(006)-101/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-101/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-101/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı "vurulmuş maddi zərərin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı "vurulmuş maddi zərərin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh LPO ASC “xxxx” Sığorta Şirkəti tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, ASC “xxxx” Sığorta Şirkətinin Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə müflis elan edilməsini əsasə gətirərək məhkəmədən hazırki mübahisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.8-ci maddəsinə əsasən hakim işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarına əsasən ASC “xxxx” Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(113)-1575/2020 saylı qətnaməsinə əsasən ASC “xxxx” Sığorta Şirkəti müflis elan olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən borclu müflis elan olunarkən: -bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; -borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; -qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Beləliklə, məhkəmə hesab edir ki, ASC “xxxx” Sığorta Şirkəti ləğv prosesində olduğundan, Cəmiyyətin adından yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olduğundan, Cəmiyyətə qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırıldığından, Cəmiyyət barəsində məhkəmə icraatına başlanılmadığından, o cümlədən, Cəmiyyətə qarşı bütün tələblər yalnız qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürüldüyündən, bununla da cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından İddiaçı cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı "vurulmuş maddi zərərin tutulması" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı "vurulmuş maddi zərərin tutulması" tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar