Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1915/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsini artırmaqla, özbaşına inşa etdiyi 27.50 kv.m. sahənin öz vəsaiti hesabına sökülməsi və Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 4 saylı girişin 3-cü mərtəbəsində yerləşən mənzilinə layihədə nəzərdə tutulmadığı halda özbaşına quraşdırdığı liftin istismarının dayandırılması, dərhal həmin liftin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı MTK-nın nümayəndəsi X2 hazırki mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qarşısında, Şamil Əzizbəyov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində qanunsuz inşa edilməkdə olan ticarət köşkünün onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş № e-2(006)-189/2024, daxil olma tarixi: xx.xx.2023). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İddia ərizələrini araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin hərtərəfli həllinə nail olmağa imkan verəcəkdir. Buna görə də Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1915/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-189/2024 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(006)-189/2024 nömrəsi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1915/2024 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə e- 2(006)-189/2024 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e- 2(006)-189/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1915/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1915/2024
05.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver