Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2080/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank əmanətinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “bank əmanətinin qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1973.42 ABŞ dollar pulun (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumuna görə ödənilən 54 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiə tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə müariət edərək, kompensasiyanıın alınması üçün ötürülmüş müddətin üzürlü hesab edilərək, 1973.42 ABŞ dollar pulun (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və dövlət rüsumuna görə ödənilən 54 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3 (103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. O, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasında daimi yaşayır. Müvəqqəti yaşayış icazəsi sənədindən də görünür ki, o, 2020-ci ilin fevral ayının 27-sindən etibarən Türkiyədə müvəqqəti yaşayış icazəsi almışdır. Məlumdur ki, məhkəmə qərarı yerli kütləvi informasiya vasitələrində yayınlandığı üçün onun məlumatı olmamışdır. Həmçinin həmin dövrdə dünyada baş verən yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirildiyi üçün onun Azərbaycana gəlməyi mümkün olmamışdır. Onun ləğv prosesində olan “AtaBank ASC”-dəki hesabında 1973.42 ABŞ dolları pul vəsaiti qalmışdır. Türkiyə Respublikasında yaşadığı üçün həmin vəsaiti bugünədək ala bilməmişdir. Azərbaycana gəldikdən sonra iddiaçı tərəfidən ləğv prosesində olan “AtaBank ASC”-yə və Əmanətlərin Sığortalanması Fonduna müraciətlər edilmiş, dəfələrlə müraciət etdikdən sonra bildirilmişdir ki, 1 illik müddət ötürüldüyü üçün kompensasiyanın ödənilməsi mümkün deyildir. Türkiyə Respublikasında yaşadığına dair sənədlər təqdim edilməsinə baxmayaraq müraciəti əsassız olaraq rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddiaya etiraz edərək bildirmişdir ki, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, X1 ödənişinin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixli ilk müraciəti xx.xx.2022-ci il tarixində ƏSF-yə təqdim edilmişdir. Qanunun qeyd edilən müddəasının açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmir ərizədən görünür. Sözügedən Qanunun 28.1-ci maddəsinə əsasən fona sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin mersciətini qeyri mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş hal araşdırılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSFyə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni üzrlü səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. İş üzrə iddiaçı iddia ərizəsində və ƏSFyə ünvanlandığı müraciətində bildirmişdir ki, guya sığorta hadisəsi baş verdikdən sonra Azərbaycan Respublikasının ərazisinə daxil olmamışdır, lakin şəxsin ümumvətəndaşlıq pasportunun araşdırılması zamanı məlum olmuşdur ki, şəxs Bankda sığorta hadisəsi baş verdikdən sonra dəfələrlə Respublika ərazisinə daxil olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi" tələbinə dair mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdilər. Məhkəmə işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməli, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə münasibətdə rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Cavabdeh2 ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 134089/1804 saylı “Bank əmanəti müqaviləsi”ndən görünür ki, Bank əmanətçidən daxil olmuş 10.000 ABŞ dolları məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti 13 aydır. Bank əmanətçiyə illik 11,55 % ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 80615/1905 saylı “Bank əmanəti müqaviləsi”ndən görünür ki, Bank əmanətçidən daxil olmuş 15.000 ABŞ dolları məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti 60 aydır. Bank əmanətçiyə illik 13,3 % ödəməyi öhdəsinə götürmüşdür. LPO Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3 (103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3 (103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. Bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. X2 Bakanlığının D serialı, 826365 nömrəli X5 surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi verilmişdir. X2 Bakanlığının YAA serialı, 326480 nömrəli X5 surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi verilmişdir. İddiaçı LPO Cavabdeh2 ASC -də olan hesabından çıxarışından görünür ki, dövrün sonuna qalıq 1.974,42 ABŞ dollar təşkil edir. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı LPO Cavabdeh2 ASC-dəki hesabında qalmış 1.973,42 ABŞ dolları məbləğində vəsaitin bütöv şəkildə ona qaytarılması üçün göstəriş verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlara əsasən xx.xx.2020-ci il tarixində çıxışı, xx.xx.2020-ci il tarixdə giriş, xx.xx.2020-ci il tarixdə çıxış və xx.xx.2021-ci il trixdə girişi qeydiyyata alınmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərində əmanət müqavilələri bağlanılmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka yerləşdirmiş, sonradan Cavabdeh2 ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və Cavabdeh2 ASC tərəfindən əmanətçi İddiaçı kompensasiya ödənişi haqqında bildiriş ilk dəfə 08 may 2020-ci il tarixində göndərilmişdir. Lakin iddiaçı üzrlü səbəbdən həmin müddəti ötürmüşdür. Hazırda iddiaçı (əmanətçi) buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini və Əmanətlərin Sığortalanması Fondundan və LPO Cavabdeh2 ASC-dən əmanət məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. İş materialları ilə müyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan bankın əmanətçisi olmuş və bankın əmanətçi olaraq onun qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Belə ki, iddiaçı bankda olan hesabına xx.xx.2013-cü il tarixli, 134089/1804 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən 10.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 80615/1905 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən 15.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. İddiaçı LPO Cavabdeh2 ASC-də olan hesabından çıxarışdan görünür ki, onun bankda ümumilikdə 1.973,42 ABŞ dolları məbləğində əmanəti qalmışdır. Beləliklə, iddiaçının Cavabdeh2 ASC-də qalan əmanəti ümumilikdə 1.973,42 ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan müqavilələrə əsasən sözügedən əmanət sığortalanmışdır. Eyni zamanda hazırkı iddia tələbinin hüquqi əsasını da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və 01 mart 2016-cı il tarixində qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun müvafiq müddəları təşkil edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Türkiyə Respublikasında müvəqqəti yaşayış icazəsi almışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, o, (xx.xx.2020-ci il tarixdən (bildirişin iddiaçıya göndərildiyi tarix) xx.xx.2021-ci il tarixədək) qısa bir müddət (10 gün) ərzində Azərbaycan Respublikasında olmuş və həmin dövrdə pandemiya şəraiti ilə əlaqədar qapanmalar tətbiq olunurdu və bu səbəbdən də, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməli, “Bank əmanəti müqaviləsi”nə əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilməli, “Bank əmanəti müqaviləsi”nə əsasən ləğvetmə prosesində olan "xxxx" ASC-də iddiaçının qalan 1.973,42 ABŞ dolları məbləğində əmanət məbləği cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməli, iddia tələbi ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə isə rədd edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə rədd edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. “Əmanətlərin sıortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərə kompensasiya ödənilməsi birbaşa Əmanətlərin Sığortalanması Fondunun əsas funksiya və vəzifələrinə aid edilmişdir. Əmanətçinin banka qarşı irəli sürdüyü tələbə bank əmanəti müqaviləsinin şərtlərinə uyğun baxılır. Göründüyü kimi, hazırki iddia tələbi əsl olmayan cavabdehə (ləğv prosesində olan Cavabdeh2 ASC -yə) qarşı irəli sürüldüyündən (həmçinin cavabdehin hüquq qabiliyyətindən irəli gəlməyən tələb olduğundan) həmin cavabdehə münasibətdə təmin edilə bilməz. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.1, 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilsin. Sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 1.973,42 (bir min doqquz yüz yetmiş üç ABŞ dolları, qırx iki ABŞ senti) ABŞ dolları məbləğində kompensasiyanın və 54 manat dövlət rüsumunun İddiaçı ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. İddia ləğv prosesində olan Cavabdeh2 ASC-yə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-2080/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2080/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver