Məhkəmə qərarları › İş №e-2(006)-2793/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2793/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2793/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əsas borcun müəyyən edilməsi, artıq hesablanmış faiz borcun və dəbbə pulunun silinməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əsas borcun müəyyən edilməsi, artıq hesablanmış faiz borcun və dəbbə pulunun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarından aydın olur ki, göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, Dövlət notariusu Notariaq haqqında qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən əqdləri və etibarnamələri təsdiq edir. Həmçinin Dövlət notariusu Notariaq haqqında qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən icra qeydləri aparır. Hazırki tələblə bağlı iddiaçı ilk öncə mübahisə olduğu təqdirdə (hazırda cavabdeh pulun tutulması ilə bağlı iddia qaldırmamışdır) müvafiq notariat kontoruna (icra qeydi verildiyi təqdirdə) əsas borcun müəyyən edilməsi, artıq hesablanmış faiz borcun və dəbbə pulunun silinməsi ilə bağlı müraciət etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İş materiallarında olan 03.05.2022-ci il tarixli, ********* saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutara QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əsas borcun müəyyən edilməsi, artıq hesablanmış faiz borcun və dəbbə pulunun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırkı iddia ərizəsində göstərilən məsələ ilə bağlı icra qeydini vermiş müvafiq notariat orqanına müraciət etmək hüququ izah edilsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar