Məhkəmə qərarları › İş №e-2(006)-3679/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3679/2025

18.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3679/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, birinci iş üzrə iddiaçı Qazı̇ Ayla Samı̇ r qızının, birinci iş üzrə iddiaçının (ikinci iş üzrə cavabdehin, üçüncü iş üzrə iddiaçının) nümayəndəsi (vəkili) Vəkil, birinci iş üzrə cavabdehin (ikinci iş üzrə iddiaçının, üçüncü iş üzrə cavabdehin) nümayəndəsi X3, üçüncü iş üzrə İddiaçı2 iştirakları ilə, İddiaçı1 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi, İddiaçı2 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 qarşı vurulmuş ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 25/İƏ-40 nömrəli, xx.xx.2025ci il tarixli, 25/İƏ-44 nömrəli və xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrlərin ləğv edilməsi, cavabdehdən 01 iyul 2024-cü ildən 04 may 2025-ci ilədək ümumilikdə 780 saat iş vaxtından əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşının ikiqat məbləğində əmək haqqının hesablanaraq onun xeyrinə tutulması, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək məcburi iş buraxdığı dövrün əmək haqqı məbləğinin, 2024-2025-ci illər ərzində istifadə edilməmiş 14 gün əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin ödənilməsi, hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat pulun alınaraq ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəliəmrin ləğv edilməsi, cavabdehdən 14 fevral 2025-ci ildən 04 may 2025-ci ilədək ümumilikdə 220 saat iş vaxtından əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşımın ikiqat məbləğində əməkhaqqının hesablanaraq onun xeyrinə tutulması, xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək məcburi iş buraxdığı dövrün əməkhaqqı məbləğinin, “hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat pulun alınaraq ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 qarşı vurulmuş ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı2, X6 və X1 müştərək qaydada 2.692,33 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 183 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh MMC-nin nümayəndəsi Samir Talıbov məhkəməyə barışıq sazişi təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişlər: 1) Bir tərəfdən İddiaçı2 və digər tərəfdən cavabdeh Evfemiya MMC-nin nümayəndəsi X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən:

1. İddiaçı2 öz tələbi üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəli əmrin ləğv edilməsi, cavabdehdən 14 fevral 2025-ci ildən 04 may 2025-ci ilədək ümumilikdə 220 saat iş vaxtından əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşının ikiqat məbləğində əməkhaqqının hesablanaraq iddiaçının xeyrinə tutulması, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək məcburi iş buraxdığı dövrün əməkhaqqı məbləğinin tutulması və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə tələbindən Cavabdeh MMC-nin xeyrinə imtina edir.

2. Cavabdeh MMC cavabdehlər İddiaçı2, X6 və X1 müştərək qaydada 2.692,33 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 183 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə tələbindən imtina edir, İddiaçı2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəli əmrin ləğv edilməsi öhdəliyini öz üzərinə götürür və İddiaçı2 barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür. 2) Bir tərəfdən İddiaçı1 və digər tərəfdən cavabdeh Evfemiya MMC-nin nümayəndəsi X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən:

1. İddiaçı1 öz tələbi üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 25/İ.Ə-40 nömrəli, xx.xx.2025-ci il tarixli, 25/İƏ-44 nömrəli və xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrlərin ləğv edilməsi, cavabdehdən 01 iyul 2024-cü ildən 04 may 2025-ci ilədək ümumilikdə 780 saat iş vaxtından əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşının ikiqat məbləğində əməkhaqqının hesablanaraq mənim xeyrinə tutulması, xx.xx.2025 ci il tarixdən xx.xx.2025 il tarixədək məcburi iş buraxdığı dövrün əməkhaqqı məbləğinin ödənilməsi, 2024-2025-ci illər ərzində istifadə edilməmiş 14 gün əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin ödənilməsi və hüquqlarımın kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat pulun alınaraq İddiaçı1 verilməsi barədə tələbindən Cavabdeh MMC-nin xeyrinə imtina edir.

2. Cavabdeh MMC cavabdehlər İddiaçı2, X6 və X1 müştərək qaydada 2.692,33 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 183 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə tələbindən imtina edir. İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 25/İ.Ə-40 nömrəli, xx.xx.2025-ci il tarixli, 25/İƏ-44 nömrəli, xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrlərin ləğv edilməsi edilməsi öhdəliyini öz üzərinə götürür və İddiaçı1 barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür. Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin göstərilən məzmunda təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı1 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi,İddiaçı2 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 qarşı vurulmuş ziyanla bağlı pul tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı2, İddiaçı2 və digər tərəfdən cavabdeh Evfemiya MMC-nin nümayəndəsi X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. İddiaçı1 öz tələbi üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 25/İ.Ə-40 nömrəli, xx.xx.2025-ci il tarixli, 25/İƏ-44 nömrəli və xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrlərin ləğv edilməsi, cavabdehdən 01 iyul 2024-cü ildən 04 may 2025-ci ilədək ümumilikdə 780 saat iş vaxtından əlavə işlədiyim saatlara görə saatlıq tarif maaşımın ikiqat məbləğində əməkhaqqının hesablanaraq mənim xeyrinə tutulması, 04.05. 2025 ci il tarixdən xx.xx.2025 il tarixədək məcburi iş buraxdığı dövrün əməkhaqqı məbləğinin ödənilməsi, 2024-2025-ci illər ərzində istifadə edilməmiş 14 gün əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin ödənilməsi və hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 (beş min) manat pulun alınaraq İddiaçı1 verilməsi barədə tələbindən Cavabdeh MMC-nin xeyrinə imtina edir.

2. Cavabdeh MMC cavabdehlər İddiaçı2, X6 və X1 müştərək qaydada 2.692,33 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 183 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə tələbindən imtina edir. İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 25/İ.Ə-40 nömrəli, xx.xx.2025-ci il tarixli, 25/İƏ-44 nömrəli, xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrlərin ləğv edilməsi edilməsi öhdəliyini öz üzərinə götürür və İddiaçı1 barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli X.Ş-052 nömrəli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür.

3. İddiaçı2 öz tələbi üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəli əmrin ləğv edilməsi, cavabdehdən 14 fevral 2025-ci ildən 04 may 2025-ci ilədək ümumilikdə 220 saat iş vaxtından əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşının ikiqat məbləğində əməkhaqqının hesablanaraq iddiaçının xeyrinə tutulması, xx.xx.2025 ci il tarixdən xx.xx.2025 il tarixədək məcburi iş buraxdığı dövrün əməkhaqqı məbləğinin tutulması və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə tələbindən Cavabdeh MMC-nin xeyrinə imtina edir.

4. Cavabdeh MMC cavabdehlər İddiaçı2, X6 və X1 müştərək qaydada 2.692,33 manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 183 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə tələbindən imtina edir, İddiaçı2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəli əmrin ləğv edilməsi öhdəliyini öz üzərinə götürür və İddiaçı2 barəsində əmək müqaviləsinə xitam vermək əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndini göstərilməklə əmr qəbul etmək öhdəliyini öz üzərinə götürür və xx.xx.2025-ci il tarixli X.Ş-047 nömrəli əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə məxsus elektron baza məlumatlarından çıxarılması və yeni əmrin həmin baza məlumatlarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət ünvanlamağı öz üzərinə öhdəlik götürür. İddiaçı1 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi,İddiaçı2 Cavabdehnə qarşı əmlərin ləğv edilməsi, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi, əlavə iş saatlarına görə ödənilməyən məbləğlərin ödənilməsi, ödənilməmiş əmək məzuniyyətinin ödənilməsi və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 qarşı vurulmuş ziyanla bağlı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar