Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-685/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 (Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «atalıq qeydinin ləğvi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 (Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «atalıq qeydinin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 doğum haqqında şəhadətnaməsində ata qrafasında İddiaçı qeydinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlanaraq İddiaçı 12 noyabr 2018-ci il təvəllüdlü X7 atası olmaması faktının müəyyən edilməsi, Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğu tərəfindən tərtib edilmiş xx.xx.2018-ci tarixli 569 saylı doğum haqqında akt qeydində ata haqqında qeydin əsaslarının tək ananın ərizəsinə əsasən dəyişdirilərək,uşaq, ata haqqında məlumatlar hissəsində ləğv edilməsi və həmin hissədə yeni qeydlərin cavabdeh X3 (ananın) ərizəsi əsasında yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, X5 tanıyır. Aralarında yaxşı münasibət olsa da, lakin onlar ər-arvad kimi bir yerdə yaşamamışlar, həmçinin aralarında cinsi münasibətlər olmamışdır. Bir dəfə X6 ona hamilə olduğunu, lakin bunu açıqlamaqdan çəkindiyini və buna görə ona kömək lazım olduğunu bildirərək doğulacaq övladı onun adına yazdırmağı xahiş etmişdir. O da, cavabdehlə razılaşmışdır. Aralarında olan razılıq ondan ibarət idi ki, o, X3 doğulacaq qızını ata kimi adına yazdırmasına etiraz etmir, sonradan isə istədiyi vaxt bu məsələni qanuni formada yoluna qoyacaqlar. Lakin o, uzun müddət xaricdə yaşadığı üçün buna imkan olmamışdır. Hazırda isə bu məsələni həll etmək istəsələr də, bunun məhkəmədən kənar həll yolunun olmadığı bildirilmişdir. Bir daha diqqətə çatdırır ki, X12 onun qızı deyil, onun X6 ilə heçbir yaxın əlaqəsi olmamışdır. Ona görə də, istəyir ki, X9 doğum haqqında şəhadətnaməsinin ata qrafasında olan onun adının silinməsinə köməklik edilsin. Belə ki, bu qeyd sənəd üzərində qalmaqdan başqa bir şey deyildir. O, X9 atası deyil, bu ancaq X3 xahişi ilə belə yazılmış və ya belə olmuşdur. Göründüyü kimi, ata adı uşağın atasının adına görə verilir, lakin o, X9 atası olmadığı üçün, onun adının verilməsi həmin Emilya Namazovanın, həm də onun hüquqlarını pozur. Belə ki, onun artıq kifayət qədər yaşı var və X9 onun qızı kimi görsənməsi onun üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətdir. Övladının bioloji atası iddiaçı deyil. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub göndərərək, iş həcminin çoxluğu ilə əlaqədar nümayəndələrini məhkəməyə göndərə bilmədiklərini qeyd etmiş və mülki işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktuba əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı ilə X6 arasında insani münasibətlər olmuş, nikah rəsmiləşdirsələr də, faktiki olaraq ailə (ər-arvad) münasibətlərində olmamış, İddiaçı X4 ictimai qınaqdan, yaxud ayrı cür təsirlərdən uzaq olması üçün nikah rəsmiləşdirmiş, tərəflərin bildirdiyinə görə bioloji olaraq atası olmadığı, cavabdehin doğduğu uşağın atası kimi qeyd olunmasına razılıq vermişdir. Sonradan cavabdehi narahat edən durum ortadan qalxmış və tərəflər arasında bağlanmış formal nikah 29 avqust 2019-cu il tarixdə 267 saylı akt qeydi ilə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. İddiaçı uşağın doğum haqqında şəhadətnaməsində atalıq qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğu tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli AZ-T seriyalı 167669 saylı doğum haqqında şəhadətnamədən də göründüyü kimi, T.C. Sakaryada 12 noyabr 2018-ci il tarixdə doğulmuş, anası X6 olan Emiliyanın doğum haqqında akt qeydində atası kimi İddiaçı göstərilmişdir. Halbuki, o, tərəflərin bildirdiyinə görə, Emiliyanın bioloji atası deyil. Təsadüfi deyildir ki, cavabdeh iddianı etiraf edir. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 06 dekabr 2022-ci il tarixli 7/1402 saylı rəyindən görünür ki, Nəsimi rayon Məhkəməsindən Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına daxil olmuş İddiaçı və cavabdeh X4 qarşı azyaşlı - xx.xx.2018ci il təvəllüdlü X10 üzərində «atalıq qeydinin ləğvi»nə dair xx.xx.2022-ci il tarixli e-2(006)- 685/2022 nömrəli məhkəmə qərardadı və ona əlavə olunmuş sənədlərə komissiyanın xx.xx.2022-ci il tarixli iclasında baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış nikah münasibətləri nikahın pozulması haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixində pozulmuş və onlar hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. X2 isə hazırda anasının yanında yaşayır. Həmçinin komissiyaya X3 Bakı şəhəri 23 saylı notarial ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsi və İddiaçı Bakı şəhəri 23 saylı notarial ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsi təqdim olunmuşdur. Qərardadda qaldırılan məsələ ilə bağlı komissiyanın iclasına azyaşlıların anası X6, atası İddiaçı dəvət edilmişdir. Onların qərardadda qaldırılan məsələyə münasibətləri aydınlaşdırılmışdır. Komissiyanın iclasında İddiaçı vəkili - Vəkil və cavabdeh X3 iştirak təmin olunmuşdur. İddiaçı vəkili - Vəkil komissiyanın iclasında çıxış edərək bildirdi ki, cavabdeh X6 İddiaçıya hamilə olduğunu və bunu etrafda olan insanlara açıqlamaqdan çətinlik çəkdiyini bildirərək. İddiaçıdan ona kömək etməsini və doğulacaq uşağa onun soyadını və ata qrafasında İddiaçının adının qeyd olunmasını xahiş etmişdir. İddiaçı cavabdeh ilə razılaşmış və daha sonra tərəflər arasında rəsmi nikah bağlanılmışdır. Lakin xx.xx.2019- cu il tarixində nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhz bu səbəbdən İddiaçı məhkəməyə müraciət edərək, azyaşlı - xx.xx.2018-ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsində qeyd olunan atalıq qeydlərinin ləğvini tələb etmşidir. Azyaşlının anası X1 İclasında çıxış edərək bildirdi ki, İddiaçı vəkili - Vəkil bildirdikləri doğrudur və İddiaçı uşaq dünyaya gəldiyi gündən onu görməyib və uşağın təlim tərbiyəsi ilə məşğul olmurdu, uşağa iddiaçının soyadı və ata adı formal olaraq qeyd olunmuşdur. Azyaşlı - 12.11 2018-ci il təvəllüdlü X10 da iddiaçını ata kimi tanımır. Məhz bu səbəbdən İddiaçı iddiasının təmin olunmasına etiraz etmirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadtqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasındar asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qeyd olunanları və cavabdeh X3 xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, Nəsimi rayon İcra Hakimiyyətinin «Qəyyumluq və Himayəçilik Komissiyası» İddiaçı cavabdeh X4 qarşı «atalıq qeydinin ləğvi» tələbinə dair: Atalıq qeydlərinin silinməsini azyaşlı - xx.xx.2018-ci İl təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə uyğun olaraq qeydlərin aparılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 46.1-cı maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər; Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 12 noyabr 2018-ci il təvəllüdlü X7 atası olmaması faktı müəyyən edilməli, Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğu tərəfindən tərtib edilmiş xx.xx.2018-ci tarixli 569 saylı doğum haqqında akt qeydində ata haqqında qeydin əsaslarının tək ananın ərizəsinə əsasən dəyişdirilərək,uşaq, ata haqqında məlumatlar hissəsində ləğv edilməli və həmin hissədə yeni qeydlərin cavabdeh X3 (ananın) ərizəsi əsasında yazılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 12 noyabr 2018-ci il təvəllüdlü X7 atası olmaması faktı müəyyən edilsin. Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğu tərəfindən tərtib edilmiş xx.xx.2018-ci tarixli 569 saylı doğum haqqında akt qeydində ata haqqında qeydin əsaslarının tək ananın ərizəsinə əsasən dəyişdirilərək, uşaq, ata haqqında məlumatlar hissəsində ləğv edilsin və həmin hissədə yeni qeydlərin cavabdeh X3 (ananın) ərizəsi əsasında yazılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-685/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-685/2022
28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver