Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2259/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər X2, X6, Cavabdeh9, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, X3 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyi cavabdehlər X2, X6, Cavabdeh9, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, X3 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2(007)- 1778/2025 saylı işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi, cavabdeh X1, Cavabdeh8, X5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 Ağamməd oğlunun, Cavabdeh4, X4 və Həsənova Tahirə sağlamlığını və təhlükəsizliyini təmin edilməsi məqsədilə cavabdehlərin ünvan 1 ünvandakı yataqxana binasından birdəfəlik kompensasiya ödənilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, iddia ərizəsi verilərkən ərizənin forma və məzmununa dair tələblər və ona əlavə edilməli olan sənədlərin siyası AR MPM-nin 149 və 150-ci maddəsində öz əksini tapmışdır.
5. Mülki prosessual qanunvericiliyə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
6. Hazırki mülki iş üzrə isə mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla iddia ərizəsində iddiaçı barədə məlumatlar qeyd edilməmiş, iddia ərizəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir.
7. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
8. Hazırki iş üzrə isə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları əlavə etmədən, məhkəməyə yalnız iddia ərizəsinin verilməsi ilə kifayətlənmişdir.
9. İddia ərizəsinin məzmunu öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin verilməsində məqsəd 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1778/2025 saylı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə, müstəqil olaraq öz tələbinin irəli sürməkdən ibarətdir.
10. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında hazırda məhkəmə prosesi davam etməkdə olan 2(007)-1778/2025 saylı mülki iş vardır.
11. AR MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
12. Göründüyü kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi xahiş edilən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilər.
13. Odur ki, məhkəmə qeyd edir ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi müstəqil ayrıca iddia ərizəsi ilə deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1778/2025 saylı mülki iş üzrə hazırki ərizə ilə öz iddiasını irəli sürməklə işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilə bilər.
14. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
15. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər X2, X6, Cavabdeh9, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, X3 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər X2, X6, Cavabdeh9, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, X3 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinə hazırki ərizə ilə məhkəmənin icraatında olan müvafiq mülki iş üzrə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva